EN RU

Qonşusunu qətlə yetirən şəxs tutuldu

>

Bunu da oxuyun

Bakıda qətl törədilib.

APA-nın məlumatına görə, hadisə Yasamal rayonu, Xıdır Mustafayev küçəsi 126 ünvanında qeydə alınıb.

Hadisə zamanı 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu yaşadığı binanın qarşısında bıçaqlanıb. Məlumata görə, o, avtomobilini park edərkən qonşusu ilə mübahisə edib. Mübahisə nəticəsində qonşusu ona 9 bıçaq zərbəsi vurub.

Ş. İsgəndərov ağır vəziyyətdə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, Yasamal rayonu, Xıdır Mustafayev küçəsində, 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğluna qonşusu, 1960-cı il təvəllüdlü Vidadi Dilavər oğlu Rzayev tərəfindən ölümlə nəticələnən çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Polis və prokurorluq əməkdaşlarının birgə həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Vidadi Rzayev şübhəli şəxs qismində tutulub.

Hazırda başlanmış cin ayət işi üzrə zəruri istintaq hərəkətlərə davam etdirilir.

Bənzər yazılar

Next Post

Son xəbərlər

WP2Social Auto Publish Powered By : XYZScripts.com