İranın Hörmüzgan vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.
Elchi.az xəbər verir ki, bu barədə Tehran Universiteti Seysmologiya Mərkəzindən məlumat verilib.
Yeraltı təkanlar yerli vaxtla saat 13:44-də qeydə alınıb.
Zəlzələnin yerin 14 kilometr dərinliyində baş verdiyi qeyd edilib.
Qeyd edək ki, dağıntı və tələfat barədə məlumat yoxdur.