“Rusiyada işsizlik səviyyəsi, Beynəlxalq Əmək Təşkilatının (BƏT) metodologiyasına görə, aprel ayında tarixi minimumu – 3,3% təşkil etdi”.
Elchi.az Vesti.ru-ya istinadən bildirir ki, bu barədə Rusiya Baş nazirin müavini Tatyana Qolikova bildirib.
“Məşğulluq mərkəzlərində qeydiyyatda olan işsizlərin sayı 523 min nəfərdir ki, bu da ilin əvvəli ilə müqayisədə 41 min nəfər azdır. Eyni zamanda, “Rusiya İşləri” portalının vakansiya bazasında iş axtaranlar üçün 1,8 milyondan çox iş təklifi var”, – Baş nazirin müavini bildirib.
Bu arada, Rusiyada qeydiyyatda olan işsizlərin sayı mayın 26-na 518 min nəfər təşkil edib:
“Hökumət aşağı işsizlik şəraitində müəssisələri kadrlarla təmin etməyə çalışır və bizim vəzifəmiz bu cür işsizlik səviyyəsini saxlamaq deyil, əksinə, kadr təmin etməkdir. Biz işçi qüvvəsinin mobilliyi və yenidən hazırlanması üçün bütün vasitələrdən istifadə edəcəyik. Bizim büdcədə müvafiq resurslarımız var”,-deyə Qolikova qeyd edib.
Yeganə