"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Qoca”nın qaçmasına kömək göstərən qadın: “Etibar 2 yastıq götürüb maşının “baqaj”ına girdi”

08 Avqust 2018 - 13:00
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başladı

Krım elektriksiz qaldı

Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfrans keçirilir

Bakıda “Qoca” ləqəbli Etibar Məmmədov və Əli Ağami adlı məhbusların qatardan qaçmasına kömək göstərməkdə təqsirləndirilən Günay Atakişiyevin cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadəsi məlum olub.

Elchi.az report-a istinadən xəbər verir ki, ittiham aktında qeyd edilib ki, o, “Qoca” ləqəbli Etibar Məmmədovu birgə kirayədə yaşadığı rəfiqəsi Lalə vasitəsi ilə tanıyıb.

G.Atakişiyeva söyləyib ki, Lalə daha əvvəl E.Məmmədovla sevgili olub: “Mən də onunla telefonla danışmağa başladım. 2017-ci ilin sentyabr ayında Lalə və Etibarın dostu Aqillə birgə onun yanına getdik. Orada Etibarı ilk dəfə üzbəüz gördüm. Bundan sonra Lalənin telefonu vasitəsilə Etibarla danışmağa davam etdim. Oktyabrın 19-da Aqil mənə zəng edib, Etibarın məni yanına çağırdığını bildirdi. Aqillə ora getdim. Etibarın qardaşı Vüqar da orada idi. Görüşdə Etibar mənə dedi ki, bizi oktyabrın 21-də Lənkərana məhkəməyə aparacaqlar. Mən həmin vaxt qatardan qaçacam, Aqil sənə açar verəcək, həmin açarı oktyabrın 21-də Biləcəriyə gətirib dustaq daşınan qatarda mənə verərsən. Mən də qorxduğum üçün açarı apara bilməyəcəyimi dedim. O, isə sənə çantada paltar verəcəklər, onu gətirib qatarda mənə verərsən söylədi. Onunla razılaşdım. Oktyabrın 21-də Aqillə Biləcəridə görüşdüm, mənə bir torba verib, Etibara verməyimi istədi. Axşam saat 11 radələrində qatara yaxınlaşdıq, rəis Ceyhun bizi qarşıladı. O, çantamı yoxladı, amma Etibara verəcəyimiz bağlamaya baxmadı. Onu bizdən alıb özünün verəcəyini dedi. Bir müddət sonra məni Etibarın olduğu otağa apardılar. Kupedə gördüm ki, həmin torba artıq Etibara verilib. Biz biraz söhbət edəndən sonra Etibar otaqdan çıxıb, başqa dustaqların yanına getdi, sonra qayıtdı. Ümumiyyətlə, Etibar xüsusi vaqonda olarkən çox sərbəst hərəkət edirdi, istədiyi yerə gedib-qayıdırdı. Biz gecəni bir yerdə qaldıq, Lənkəranın Liman stansiyasında mən düşüb Masallıya getdim, bir qədər sonra Etibar zəng edib, onunla birgə qatarda Bakıya qayıtmağımı istədi. Lənkərana qayıtdım, qarovulda xidmət edən Tural adlı şəxs mənə zəng edib 1-2 saat sonra Liman stansiyasında olmağımı tapşırdı və məni ordan götürəcəklərini dedi. Sonra Etibar zəng edib rəisin telefonu ilə danışdığını vurğuladı”.

G.Atakişiyevə ifadəsi zamanı deyib ki, Şirvan şəhərində Aqil Nəcəfov da qatara minib: “O, qatara minən zaman Etibarla pıçıltı ilə nəsə danışdı. Aqillə mən orada qatardan düşdük, taksi ilə Bakıya gəldik. Səhər saat 05 radələrində Etibar Aqilə zəng eləyib qatardan qaçdığını dedi və onu “Ağ Saray” şadlıq sarayının yanından götürməyimizi istədi. Biz həmin yerə gedib qatardan qaçan digər dustaq Əli ilə birgə Etibarı götürdük. Lökbatanda da başqa bir oğlan maşına mindi, ordan da Hökməlidə Famil adlı şəxsin evinə getdik. 1-2 saat qalandan sonra mən oradan Sumqayıta, qaldığım evə qayıtdım. Həmin gecə Etibar da gəlib bizdə qaldı. Etibar mənə söylədi ki, ona 19 il iş verəcəkləri üçün qaçıb və sərhəddən qanunsuz keçməyi planlaşdırır. Onun tələbi ilə nömrəmi sındırıb atdım, səhəri gün tanış taksi sürücüsü Məhəmmədi çağırdım. Mən və Lalə ona Etibar haqda dəfələrlə danışmışdıq deyə artıq onu qiyabı tanıyırdı. Məhəmməd Etibarın türmədən qaçdığını bilirdi və onu Qazaxa aparmaq üçün 150 manata razılaşdı. Etibar 2 adyal və yastıq götürüb maşının “baqaj”ına girdi və orada gedəcəyini dedi. Mənə 800 dollar verib bildirdi ki, Qazaxda ona qaytarım. Yolda Etibar Məşədi adlı şəxslə bir saatdan bir danışdı. Məşədi onu Sadıxlı kəndinə aparıb oradan Gürcüstana keçirəcəkdi. Gecə saat 01 radələrində Qazaxa çatdıq, Məhəmməd orada başqa bir taskiyə 23 manat verdi ki, bizə bələdçilik edib, Ağsatafa rayonun Sadıxlı kəndinə aparsın. Poylu stansiyasına çatanda gördük qarşıda post var və polislərlər, hərbçilər maşınları yoxlayır. Bu vaxt Etibar Məhəmməd “maşını geri sürsün” dedi. Mən Etibara qaçmamasını söylədim, amma qulaq asmadı. Arxadan NİVA markalı maşında polislər gəlirdi, biz Poylu kəndinin içində küçəyə girdik, tupik oldu. Məhəmməd maşını saxladı, Etibar maşından düşüb ağacların arasına qaçdı. Polislər bizi tutub şöbəyə gətirdilər, Etibar isə qaçıb getdi”.

Previous Post

“Qoca”nın qaçmasına kömək göstərən qadın: “Etibar 2 yastıq götürüb maşının “baqaj”ına girdi”

Next Post

Tacikistan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı

Bənzər yazılar

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başladı

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başladı

06 İyul 2026 - 11:59

Paytaxtın ümumi təhsil müəssisələrində çalışan və 2026-cı ildə keçirilən təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə Bakı Şəhəri...

Krım elektriksiz qaldı

Krım elektriksiz qaldı

06 İyul 2026 - 11:27

Krymenergo: Krımda böyük elektrik kəsinti baş verib. Elchi.az İnterfaks-a istinadən xəbər verir ki, Krımda böyük elektrik kəsinti baş verib. Dövlət...

Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfrans keçirilir

Şuşada “Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar” adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 - 10:04

Şuşada Mədəni və Etnik Müxtəliflik Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, "İpək Yolu" Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin tərəfdaşlığı ilə "Mədəni...

Gələn ildən xarici dil imtahanında hansı tələblər olacağı açıqlanıb

DİM: II və III qrupları üzrə qəbul imtahanının nəticələri 2 həftə sonra elan ediləcək

06 İyul 2026 - 09:53

5 iyul 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə olunan yazılı cavab tələb edən...

Next Post
Tacikistan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı

Tacikistan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı

Tacikistan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı

Tacikistan prezidentinin Azərbaycana səfərinin tarixi açıqlandı

Son xəbərlər

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

Bakının mərkəzi piyada zonalarında ödənişsiz şatllar fəaliyyətə başlayıb

06 İyul 2026 - 12:30
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA

06 İyul 2026 - 12:23
“AzerGold” 25-ci sikkə kolleksiyasını təqdim etdi

“AzerGold” 25-ci sikkə kolleksiyasını təqdim etdi

06 İyul 2026 - 12:11
Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başladı

Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə bağlı komissiya fəaliyyətə başladı

06 İyul 2026 - 11:59
DÇ-2026: Neymar komandasının uduzduğu oyunda tarixi rekorda imza atdı

DÇ-2026: Neymar komandasının uduzduğu oyunda tarixi rekorda imza atdı

06 İyul 2026 - 11:45
Almaniya NATO sammitindən əvvəl Rusiya ilə bağlı bəyanat verdi

Almaniya NATO sammitindən əvvəl Rusiya ilə bağlı bəyanat verdi

06 İyul 2026 - 11:36
Krım elektriksiz qaldı

Krım elektriksiz qaldı

06 İyul 2026 - 11:27
Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib

Azərbaycanda ilk dəfə kamança üzrə milli standartlar təsdiqlənib

06 İyul 2026 - 11:15
Prezident İlham Əliyev Malavi liderini təbrik edib

Prezident İlham Əliyev Malavi liderini təbrik edib

06 İyul 2026 - 11:10
Azərbaycanın döyüş təyyarələrinin təlim-məşq uçuşları keçirilib- VİDEO

Azərbaycanın döyüş təyyarələrinin təlim-məşq uçuşları keçirilib- VİDEO

06 İyul 2026 - 11:08
Tramp Ankarada Zelenski və Şara ilə görüşəcək

Tramp Ankarada Zelenski və Şara ilə görüşəcək

06 İyul 2026 - 10:55
Delta təyyarəsi atəşfəşanlıqla vuruldu

Delta təyyarəsi atəşfəşanlıqla vuruldu

06 İyul 2026 - 10:47
Rusiyadan Ukraynaya hava hücumu: 11 nəfər ölüb

Rusiyadan Ukraynaya hava hücumu: 11 nəfər ölüb

06 İyul 2026 - 10:39
Tramp: “Meloninin vəzifədən uzaqlaşdırılması qərarı lazımdır”

Tramp: “Meloninin vəzifədən uzaqlaşdırılması qərarı lazımdır”

06 İyul 2026 - 10:26
ABŞ-da həddindən artıq isti hava dalğası nəticəsində 25 nəfər ölüb

ABŞ-da həddindən artıq isti hava dalğası nəticəsində 25 nəfər ölüb

06 İyul 2026 - 10:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.