"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Qoca qitənin adəti, və yaxud onlara olar, bizə yox

11 Sentyabr 2015 - 21:30
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi ifrat dərəcədə subyektiv və qərəzli qətnamə məhz elə Azərbaycanın özündə kimsəni təəccübləndirmədi…

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Əgər parlament seçkiləri öncəsi Avropa Parlamentində ölkəmizlə bütün sahələr üzrə əməkdaşlığı genişləndirmək barədə təşəbbüslərin yer aldığı hər hansı bir sənəd qəbul edilsəydi, beynəlxalq təşkilatlara, Avropa İttifaqı ölkələrinə seçkilərə müşahidə missiyası göndərmək barədə çağırışlar səslənsəydi, o zaman bu, nəniki təəccüblü, hətta senssasiyalı fakt kimi qəbul olunardı.

Bu qətnamə bir daha sübuta yetirdi ki, Avropa İttifaqı və onun qanunverici orqanı olan Avropa Parlamenti üçün Azərbaycanda keçiriləcək parlament seçkiləri heç bir önəm kəsb etmir. Onları öz nüfuz müvəkkilləri vasitəsilə pay-puş etdikləri qarantlar, Azərbaycan xalqına təslimçilik ruhu aşılamaq üçün maliyyələşdirdikləri və təlimatlandırdıqları cəsus şəbəkəsi təmsilçilərinin taleyi daha çox maraqlandırır. Parlament seçkilərinin nəticələri ilə bağlı qətnamə isə çoxdan hazırdır və seçkidən dərhal sonra müəyyən redaktələrlə müzakirəyə çıxarılacaq. Şübhəsiz…

Bu yazıda qətnamənin bütün müddəalarına yer ayırmaq, onları ayrı-ayrılıqda şərh etmək niyyətində deyiləm. Ancaq bu qərəzli sənədin mahiyyətini açacaq və Azərbaycana qarşı tətbiq edilən ikili standartların iç üzünü ortaya çıxaracaq bir sıra məqamlara diqqət çəkmək istəyirəm:

Qətnamədə qeyd olunur ki, Azərbaycanda razılaşdırılmamış aksiyalara görə sərt cərimələr və digər inzibati cəzalar tətbiq olunur.

Bəs görəsən razılaşdırılmamış aksiyalara görə Avropa İttifaqı ölkələrində bu aksiyaların təşkilatçıları və iştirakçıları ilə necə davranırlar?

Deməli belə…

Böyük Britaniyada vətəndaşların sərbəst toplaşmaq hüququ “İctimai asayiş haqqında” qanunla tənzimlənir. Qanuna əsasən, kütləvi aksiyaların təşkilatçıları 6 gün öncə tədbirin keçiriləcəyi ərazinin polis orqanlarına müraciət etməli və müvafiq razılıq almalıdırlar. Müraciətdə tədbirin keçiriləcəyi vaxt, yer, hərəkət marşrutu, təşkilatçılar haqqında məlumatlar dəqiq şəkildə qeyd olunmalıdır. Böyük Britaniyada razılaşdırılmamış aksiyalara görə ən ağır cəza 10 il müddətinə həbsdir. Razılaşdırımamış aksiyalara görə cərimənin məbləği 5 000 avro təşkil edir. Eyni zamanda, razılaşdırılmamış aksiyaların təşkilatçıları və iştirakçıları hadisələrin gedişindən asılı olaraq (üzlərini qapatdıqlarına, polisə müqavimət göstərdiklərinə görə) 6 ay müddətinə həbs oluna bilərlər.

Bu ölkədə hətta razılaşdırılmış aksiyalara görə də cəza almaq mümkündür. Məsələn, əgər razılaşdırılmış aksiyanı bir neçə dəqiqə tez başlamağa, yaxud yürüşün marşrutunu azacıq dəyişdirməyə cəhd gösərərsənsə, o zaman ən yaxşı halda 1 000 avro cərimə ödəməli olacaqsan. Ən pis halda isə 3 ay həbsdə qalacaqsan.

Avropa İttifaqının difər nəhəngi Fransada isə vətəndaşların sərbəst toplaşmaq hüququ 1935-ci ildə qəbul edilmiş dekret-qanunla tənzimlənir. Razılaşdırılmamış aksiyaya görə 7500 avro cərimə, yaxud 6 ay müddətinə həbs cəzası nəzərdə tutulur.

Əgər razılaşdırılmamış aksiya zamanı ictimai asayiş pozularsa o zaman təşkilatçıları və asayişi pozan konkret şəxsləri 5 il müddətinə həbs cəzası, yaxud 75 000 avro cərimə gözləyir. Aksiyalar zamanı üzlərini gizlədən şəxslər üçün Fransada 45 000 avro cərimə, yaxud 3 il həbs cəzası nəzərdə tutulub.

Qeyd edim ki, Aİ üzvü olan digər ölkələrdəki vəziyyət bir o qədər də fərqli deyil. Bu səbəbdən də nümunələrin sayını artırmaqla vaxtınızı almayacağam.

Öz QHT-miz, öz…

Avropa Parlamentinin qətnaməsində yer alan “maraqlı” məqamlardan biri də Azərbaycanda “QHT-lərin fəliyyətinin yeni qəbul olunan qanunlarla məhdudlaşdırılması”dır. Yəni, qətnamə müəlliflərinə görə, Azərbaycanın QHT sektorunda onların arzu və istəklərinə uyğun olaraq xaos hökm sürməli, bu sahədə baş verənlərə, xüsusilə də onların əməkdaşlıq etdikləri QHT-lərin qanunsuz əməllərinə göz yumulmalı, onlardan hesabat və vergi ödənişləri tələb olunmamadır.

İndi isə QHT-lərlə bağlı bəzi Avropa Birliyi ölkələrinin qanunvericiliyinə və tətbiq olunan prosedurlara diqqət yetirək:

İsveçdə QHT-lər bütün digər hüquqi şəxslərlə eyni qaydada vergiyə cəlb olunurlar. Onlara hər hansı bir güzəşt tətbiq olunmur.

Fransada QHT-lər yalnız üzvlük haqqından əldə olunan gəlirlər və dövlətin ayırdığı vəsaitlər hesabına fəaliyyət göstərə bilərlər. Xarici donorların Fransa QHT-lərinə qrant ayırmasına yalnız bir halda icazə verilir: Bunun üçün müvafiq dövlət orqanının icazəsi olmalı, xaricdən ayrılan vəsaitlər züsusi nəzarət altında yalnız istiqaməti üzrə xərclənilməlidir. Əks təqdirdə QHT rəhbərləri və bu təşkilatların müşahidə şuralarının üzvləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Almaniyada QHT-lərin qeydə alınması, sadəcə cəhənnəm əzabıdır. Bu prosedurun başa çatdırılması üçün saysız-hesabsız sənədlər tələb olunur və proses məhkəmələr vasitəsilə həyata keçirilir.

Avropa İttifaqının üzvü olan ölkələrin əksəriyyətində QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericilik aktları arasında bənzərlik olduğu üçün, digər nümunələrə müraciət etməyəcəyəm. Bu qanunvericilik aktlarının ümumi mahiyyəti ondan ibarətdir ki, aldığın hər qəpiyə görə hesbat verməli və vergi ödəməlisən.

Faydalı cəsuslar

Qətnamədə diqqət çəkən daha 2 məqam var:

1.     Şübhə doğuran qrant layihələrinin həyata keçirilməsinə icazə verilməməsi

2.     Leyla və Arif Yunusların Azərbaycan və Ermənistan cəmiyyətlərini yaxınlaşdırmaq istiqamətində “faydalı fəaliyyətləri”nin yarımçıq qalması

Daha öncə də qeyd etdiyim kimi, QHT-lərə xaricdən maliyyə vəsaitlərinin ayrılmasına Avropa İttifaqı ölkələrində də məhdudiyyətlər tətbiq olunur. Konkret olaraq Fransada bunun üçün müvafiq dövlət qurumundan icazə alınmalı və hətta icazə alındığı təqdirdə belə layihələrin icrası həmin dövlət qurumunun nəzarəti altında həyata keçirilməlidir.

Ola bilsin ki, Leyla və Arif Yunusun fəaliyyəti qətnamə müəllifləri və onları istiqamətləndirən erməni diasporu üçün faydalıdır. Amma torpaqlarının 20 faizi işğal altında olan Azərbaycanda belə fəaliyyətin adına cəsusluq deyilir.

Bu qədər…

P.S. Mənzərə göz qabağındadır. Onlara olar, bizə yox. Mən bu qətnamədən sonra qoca qitə haqqında söylənilən ən sərt epiteti belə yumşaq hesab edirəm.

Yəni, qoca… Lənət şeytana. Hər halda biz azərbaycanlıyıq və yaşlılara sayğı ilə yanaşmaq kimi bir adətimiz var. Bir qətnaməyə görə, adətimizi dəyişən deyilik. Hər halda, qoca… öz adətini dəyişsə daha yaxşı olar. Artıq üzünə baxan da yoxdu…

 

Previous Post

Qoca qitənin adəti, və yaxud onlara olar, bizə yox

Next Post

“Ölüm maşını” sayılan “Bordo berelilər” kimdir?

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

“Ölüm maşını” sayılan “Bordo berelilər” kimdir?

“Ölüm maşını” sayılan “Bordo berelilər” kimdir?

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.