"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

QMİ Qurban bayramı ilə bağlı fətva verdi

25 Avqust 2017 - 16:07
in CƏMİYYƏT
FacebookVatsap
    

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı münasibətilə fətva verib.

Bunu da oxuyun

Gəncə stadionunda yanğın-taktiki təlimi keçirilib – VİDEO

Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

Fəxri adların verilməsi ilə bağlı köhnə qaydalar ləğv edildi

Bu barədə Elchi.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib. Fətvada deyilir ki, qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, uca insani keyfiyyətlərin təntənəsini simvolizə edən Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu Həzrət İbrahim əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün ümumbəşəri birlik və tolerantlıq mesajını çatdırır. Bu bayramın ən mühüm ayini Həcc ziyarətidir. Dünyanın hər bir yanından Həcc ziyarətinə yola düşən müsəlmanlar Kəbə evi ətrafında təvaf edirlər. Bu, müsəlman həmrəyliyinin, ilahi eşqlə çiyin-çiyinə birgə hərəkətin nümayişidir.

Səfa və Mərva dağları arasında səy etmək daim inkişaf etmək, dayanmadan çalışmaq anlamına gəlir. Həzrət Adəm əleyhissalamın hekayəsi başlayan Ərəfə çölündə toplaşaraq müsəlmanlar insani kimliyin mahiyyətinə varır, keçmişdəki səhvləri təhlil edib gələcəyə əzmlə irəliləmək üçün mənəvi güc toplayırlar. Nəhayət, Mina çölündə hər kəs öz İsmayılını qurban gətirir – şəxsiyyətin inkişafına mane olan bütün bağları kəsir. Həccin hər ayini yardımlaşaraq, düşünərək, çalışaraq dayanmadan irəliyə yönəlməyi tərənnüm edir. Qurban bayramı bu ilahi dəyərlərin unudulmamasına xidmət edir.

“Hamınız bir yerdə Allahın ipindən yapışın, bir-birinizdən ayrılmayın!…” (Ali-İmran:103)
“….(fərqlilikləriniz) sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın…” (Maidə:48)

Fətvada bildirilir: “Şükürlər olsun ki, doğma Azərbaycanımız həmişə dinlərarası tolerantlıq və müsəlman həmrəyliyinin məskəni olub. Prezident İlham Əliyev həzrətlərinin bu istiqamətdə apardığı siyasət, gündəmə gətirdiyi mövzular və dəstəklədiyi beynəlxalq tədbirlər bunun bariz nümunəsidir.
Qurbanlıq ayini yalnız hacılara vacib olsa da, Həcc ziyarətində olmayanlar da Allah-Təalaya öz qurbanlarını təqdim edə bilərlər. Unutmaq lazım deyil ki, Uca Allah müqəddəs Qurani-Kərimdə qurbanlığın dəyərini deyil, xeyirxah və təmiz niyyətin əhəmiyyətini vurğulayır:

“…Ona çatan yalnız sizin təqvanızdır…” (Həcc:37)

Adətən qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar. Həmin ətin bölgüsündə hər kəs azaddır, hərçənd imkansızlara yardım etmək dinimizin ruhuna daha yaxındır. Əziz Peyğəmbərimiz (s) də belə davranmağı bizlərə vəsiyyət edib. Qurban kəsən şəxsin həmin ətdən özünə pay götürməsinin heç bir eybi yoxdur. Tövsiyə edirik ki, bu müqəddəs ayin təmizlik və yüksək sanitariya şəraitində, münasib yerlərdə icra olunsun”.

Fətvada qeyd edilir ki, bayram qəməri təqvimlə zil-hiccə ayının 10-dur. Azərbaycan üfüqünə uyğun olaraq həmin gün miladi təqvimlə sentyabrın 1-nə təsadüf edəcək. Həmişə xalqın dini inanclarının qayğısına qalan dövlətimiz iki günü –sentyabrın 1-ni və 2-sini qeyri-iş günü elan edib.

Hədislərdə qeyd olunduğu kimi, Qurban bayramının gecəsi və günü dualar qəbul olunar. Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə vətənimizi və millətimizi xüsusi dua etməliyik. Vətən uğrunda canlarından keçən şəhidlərimizi yad etmək, köçkün düşmüş soydaşlarımızın tezliklə doğma yurdlarına qayıtmasını dua etmək bir müsəlman olaraq hər birimizin vəzifəsidir. Allah tezliklə Qarabağımızın işğaldan azad olmasını nəsib etsin!

Bu əziz bayram münasibətilə Qafqaz Müsəlmanları İdarəsi və onun rəhbərliyi Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edir, bu bayramın daşıdığı dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan diləyir. Allah-Təala bütün ibadətlərinizi qəbul etsin!

Previous Post

QMİ Qurban bayramı ilə bağlı fətva verdi

Next Post

Mövlud Çavuşoğlu “Qarabağ”ı təbrik etdi

Bənzər yazılar

Gəncə stadionunda yanğın-taktiki təlimi keçirilib – VİDEO

Gəncə stadionunda yanğın-taktiki təlimi keçirilib – VİDEO

25 Noyabr 2026 - 15:36

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsi Gəncə şəhər stadionunda “Fövqəladə hallar zamanı davranış...

Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25 Noyabr 2026 - 15:33

Bakcell-də hədiyyə mövsümü davam edir. Abunəçilər Bakcell tətbiqində VIP Çarxı çevirməklə iPhone 17 modellərini qazanmaq şansı əldə edirlər. VIP Çarxın...

Fəxri adların verilməsi ilə bağlı köhnə qaydalar ləğv edildi

Fəxri adların verilməsi ilə bağlı köhnə qaydalar ləğv edildi

25 Noyabr 2026 - 15:16

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti fəxri adlarla bağlı 1998 və 1999-cu illərdə imzalanmış iki fərmanı ləğv edib. Elchi.az xəbər verir...

Ombudsman qadınlara qarşı zorakılığa görə çağırış etdi

Ombudsman qadınlara qarşı zorakılığa görə çağırış etdi

25 Noyabr 2026 - 15:08

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Gender əsaslı zorakılıqla mübarizə üzrə 16 günlük fəallıq" kampaniyası ilə əlaqədar videomüraciət edib....

Next Post

Mövlud Çavuşoğlu "Qarabağ"ı təbrik etdi

Mövlud Çavuşoğlu "Qarabağ"ı təbrik etdi

Son xəbərlər

Conson 2022-ci ildə Ukraynada sülhə mane olub – Peskov

Conson 2022-ci ildə Ukraynada sülhə mane olub – Peskov

25 Noyabr 2026 - 15:42
Gəncə stadionunda yanğın-taktiki təlimi keçirilib – VİDEO

Gəncə stadionunda yanğın-taktiki təlimi keçirilib – VİDEO

25 Noyabr 2026 - 15:36
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25 Noyabr 2026 - 15:33
Macarıstan Kiyevə maliyyə yardımından İMTİNA ETDİ

Macarıstan Kiyevə maliyyə yardımından İMTİNA ETDİ

25 Noyabr 2026 - 15:30
Fəxri adların verilməsi ilə bağlı köhnə qaydalar ləğv edildi

Fəxri adların verilməsi ilə bağlı köhnə qaydalar ləğv edildi

25 Noyabr 2026 - 15:16
Ombudsman qadınlara qarşı zorakılığa görə çağırış etdi

Ombudsman qadınlara qarşı zorakılığa görə çağırış etdi

25 Noyabr 2026 - 15:08
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib

Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verib

25 Noyabr 2026 - 15:05
Merts Bundestaqda sərt TƏNQİD EDİLDİ

Merts Bundestaqda sərt TƏNQİD EDİLDİ

25 Noyabr 2026 - 15:00
“Sabah”-“Barselona” matçında olacağam – Litvalı nazir

“Sabah”-“Barselona” matçında olacağam – Litvalı nazir

25 Noyabr 2026 - 14:52
10 ay ərzində məişət zorakılığı ilə bağlı 499 müraciət qeydə alınıb

10 ay ərzində məişət zorakılığı ilə bağlı 499 müraciət qeydə alınıb

25 Noyabr 2026 - 14:43
Bu axşam ictimai nəqliyyatda gediş haqqı 1 qəpik olacaq

Bu axşam ictimai nəqliyyatda gediş haqqı 1 qəpik olacaq

25 Noyabr 2026 - 14:30
Xaricə satılan malların puluna gömrük nəzarət edəcək

Xaricə satılan malların puluna gömrük nəzarət edəcək

25 Noyabr 2026 - 14:14
BDYPİ: Sükan arxasında yuxulayan sürücü potensial təhlükədir

BDYPİ: Sükan arxasında yuxulayan sürücü potensial təhlükədir

25 Noyabr 2026 - 14:07
Almaniya Rusiyaya müharibə elan etdi

Almaniya Rusiyaya müharibə elan etdi

25 Noyabr 2026 - 14:00
Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib

Azərbaycan XİN rəhbəri: İran ətrafında vəziyyət sabitləşməyib

25 Noyabr 2026 - 13:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.