"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

16 Yanvar 2020 - 12:19
in CƏMİYYƏT
FacebookVatsap

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bunu da oxuyun

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

Bəyanatda deyilir:

“Bismillahir-Rəhmanir-Rəhim!

Azərbaycan xalqına qarşı dəhşətli cinayət – tarixi yaddaşımıza dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq məktəbi kimi həkk olunmuş Qanlı yanvar faciəsinin 30-cu ildönümü ərəfəsindəyik. 1990-cı ilin 19 yanvarından 20-nə keçən gecə Sovet Ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar günü bütün faciəsinə rəgmən xalqımızın milli müstəqillik, azadlıq uğrunda şəhidliyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzinə çevrildi. 20 Yanvar Azərbaycan xalqını müstəqilliyə, milli-mənəvi və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi oldu. Təpədən dırnağadək silahlanmış ordunun cəza tədbirlərinə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi, əksinə, haqq səsini daha da yüksəkdən bəyan etdi. Azərbaycanın taleyi, hətta dövləti varlığı şübhə altında olduğu bir vaxtda bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, siyasi yolunun davamçısı İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirdi. SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirən, qanlı cinayətin təşkilatçılarını sərt ittiham edən, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirən Heydər Əliyev bu addımı ilə ümummilli lider olaraq Azərbaycanın hələ elan olunmamış müstəqilliyinin ilk tarixi səhifəsini yazdı. Şəhidlərin layiq olduqları status da məhz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı dönəmində rəsmiləşdi və 20 Yanvar hadisələri Azərbaycan Milli Məclisində siyasi qiymət alaraq SSRİ dövlətinin Azərbaycan xalqına qarşı törətdiyi hərbi təcavüz aktı kimi qiymətləndirildi.

Həmin faciə günlərində Bakıdan səsini ucaldan Şeyxülislam Allahşükür Paşazadə sovet rejiminin ciddi təzyiq, təhdid və məhdudiyyətlərinə baxmayaraq, keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi qəzəb, ittiham dolu etiraz məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi liderimizin və dini rəhbərimizin kəskin mövqeləri xalqı ruhlandırdı, səfərbər edərək birləşdirdi. Milyonlarla insan təqiblərdən, hətta ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq ugrunda qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı. Azərbaycanın müstəqilliyi, milli dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız var idi və şəhidlərin dəfn mərasimində müxtəlif dini konfessiyaların başçıları hamı ilə birgə idilər. Beləliklə, qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi, milli birlik, həmrəylik örnəyi olaraq həkk olundu.

Qafqaz Müsəlmanları İdarəsi qanlı hadisələrin ilk günündən var qüvvəsi ilə çalışdı ki, Qarabağ münaqişəsinin davamı olan 20 Yanvar faciəsini dünya ictimaiyyətinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırsın, haqq işimizə dəstək qazansın, törədilən cinayət insaniyyətə qarşı yönəldilən amansız cinayət tədbiri kimi qiymətləndirilsin. Dünya qəbul etməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları, insanlığa qarşı ağır cinayətlər sırasında Azərbaycan xalqına qarşı kütləvi terror – Qarabağ münaqişəsi, Xocalı soyqırımı, 20 Yanvar cinayəti də vardır. Təəssüflər olsun ki, dünyada problemlərə qərəzli, ikili standartlar çərçivəsində yanaşıldığından, bəzi ölkələr və beynəlxalq təşkilatlar susmağa üstünlük verməkdədirlər.

Azərbaycan xalqının tam mənəvi haqqı vardır ki, öz qatillərini — Bakıda baş verən qırğına şəxsən qol çəkmiş M. Qorbaçovu və onun əlaltılarını məhkəməyə cəlb etsin, beynəlxalq qanunlar zəminində canilərin qəddarlığı, riyakarlığı, vəhşiliyi, əsl niyyətləri dünya ictimaiyyətinə tam şəkildə açılsın. Açılmalıdır ki, o zaman Azərbaycana qarşı əsassız ittiham yürüdülmüş, baş verənləri milli və dini münaqişə kimi qələmə verməyə cəhd edilmiş, xalqımızın istibdada qarşı mübarizəsi dünya ictimaiyyətinə İslam fundamentalizmi, ekstremizm kimi təqdim edilmiş və nəticə etibarilə, günahsız insanların qanı tökülmüşdü. Yer üzündə ədalətin təmini, Uca Yaradanın xəlq etdiyi insan həyatına qarşı təcavüzə son qoyulmasının yolu günahsız insan qırğınlarına beynəlxalq müstəvidə hüquqi-siyasi və mənəvi qiymət verilməsindən, bu cinayətləri törədənlərin cəzalandırılmasından keçir.

Azadlığın, müstəqilliyin yolu agırdır və bu yolu qurban vermədən keçmək mümkün deyildir. Odur ki, 20 Yanvar günü kədərə-qüssəyə batmaq günü deyil, şəhidlərimizi anmaq, xalqımıza, xüsusilə gənclərimizə qəhrəmanlıq və vətənpərvərlik ruhu təlqin etmək günü olmalıdır. Şəhidlik imanın, vətənpərvərliyin, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Qurani-Kərimdə buyurulur: «Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzilənirlər…» (Ali-İmran, 169). Bu gün hər bir azərbaycanlının boynunda şəhid haqqı vardır. Şəhidlərin ruhuna ən böyük töhfə müstəqilliyimizin davamlılığı, Qarabağ zəfəri, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. Biz inanırıq ki, Allahın köməyi və möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə millətimiz öz ülvi arzularına yetişəcək, doğma torpaqlarımız işğaldan azad olunacaq, Azərbaycanın hər yerində qələbə şəninə bayram namazları qılınacaqdır, inşallah.

Qafqaz Müsəlmanları İdarəsi bütün Qafqaz müsəlmanlarının adından 20 Yanvar şəhidlərinin, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhid ailələrinə dərin hüznlə başsağlığı verir. Bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın, o cümlədən, dindarların Allah, Vətən qarşısında müqəddəs borcudur.

Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar günü bütün məscidlərimizdə bu bəyanatın mətninin oxunmasını, Qarabağ, 20 Yanvar həqiqətləri barədə moizələr edilməsini, əziz şəhidlərimizin xatirəsini dualarla yad etməyi vacib sayır.

Uca Allah şəhidlərimizə rəhmət eləsin!”

Previous Post

QMİ 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı bəyanat yayıb

Next Post

Anjey Kaspşik cəbhənin Ağdam istiqamətində monitorinq keçirib

Bənzər yazılar

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37

Prezident İlham Əliyevin yeni Fərmanı ilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların...

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na...

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

Bakıda iki gün yağış yağacaq, bəzi rayonlara dolu düşəcək – XƏBƏRDARLIQ

05 Oktyabr 2026 - 17:17

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya...

Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

Ötən ay metronun “Xocəsən” və “Avtovağzal” stansiyalarında ödənişsiz xidmətdən 120 mindən çox sərnişin yararlanıb

05 Oktyabr 2026 - 16:59

Bu ilin sentyabr ayında sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Elchi.az bu barədə "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər...

Next Post
Anjey Kaspşik cəbhənin Ağdam istiqamətində monitorinq keçirib

Anjey Kaspşik cəbhənin Ağdam istiqamətində monitorinq keçirib

Anjey Kaspşik cəbhənin Ağdam istiqamətində monitorinq keçirib

Anjey Kaspşik cəbhənin Ağdam istiqamətində monitorinq keçirib

Son xəbərlər

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

AMADA “Zirə”nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib

05 Oktyabr 2026 - 19:54
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər

05 Oktyabr 2026 - 19:53
ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

ISNA: Hörmüz boğazında LPG daşıyan gəmi hücuma məruz qalıb

05 Oktyabr 2026 - 19:48
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

05 Oktyabr 2026 - 19:23
Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

Türkiyə tarixində bir ilk: Ardanın qiyməti rekord həddə çatdı

05 Oktyabr 2026 - 19:17
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır

05 Oktyabr 2026 - 19:08
Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri görüşüb

05 Oktyabr 2026 - 18:57
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

05 Oktyabr 2026 - 18:45
ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

ƏƏSMN: Prezidentin yeni Fərmanı övladlığagötürmə prosesinin daha əlçatan olmasına imkan yaradır

05 Oktyabr 2026 - 18:37
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

05 Oktyabr 2026 - 18:23
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

05 Oktyabr 2026 - 18:11
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub

05 Oktyabr 2026 - 17:56
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib – YENİLƏNİB

05 Oktyabr 2026 - 17:49
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib

05 Oktyabr 2026 - 17:38
Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub

Dünya çempionatının rəsmi açılış mərasimi baş tutub

05 Oktyabr 2026 - 17:26
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.