BMT-nin Fələstin üzrə xüsusi məruzəçisi Francesca Albanese İsrail blokadasını yarmaq üçün Qəzzaya doğru hərəkət edən Qlobal Sumud Donanmasının əsas gəmisinin Tunis limanında pilotsuz təyyarə ilə hücuma məruz qaldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Albanese, İsrail blokadasını yarmaq üçün avqustun 31-də İspaniyadan yola düşən Qlobal Sumud Flotilla ilə bağlı ABŞ-da yerləşən X şirkətinin sosial media platformasında bəyanat yayıb.
Albanese, flotiliyanın əsas gəmisinin Tunis limanında dron tərəfindən hücuma məruz qaldığını və limana doğru hərəkət edən digər iki gəminin təcili mühafizəyə ehtiyacı olduğunu bildirib.
“Gəminin bir hissəsi yanıb”
Fələstinlə həmrəylik və İsrail blokadasını yarmaq üçün 44-dən çox ölkənin dəstəyi ilə təşkil edilən Qlobal Sumud Donanmasının Tunis Bəyannaməsinin İcraçı Üzvü Vail Nevvar sosial media hesabından İspaniyadan gələn gəmilərdən birinə pilotsuz təyyarə ilə hücum edildiyini açıqlayıb. Açıqlamada, “Qlobal Sumud Donanmasına aid İspaniya gəmisinə Tunisin Sidi Busaid limanında pilotsuz təyyarə ilə hücum edilib və gəminin bir hissəsi yanıb. Gəmidəki fəallardan aldığımız məlumata görə, pilotsuz təyyarədən yandırıcı maddə atılıb”.
Liman ərazisində təhlükəsizlik qüvvələri tədbir görərək limanı nəqliyyat vasitələri və insanların üzünə bağlayıb.
Tunis rəsmiləri hücumla bağlı açıqlama verməyib.
Şayəstə Hüseynova





















