"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Qızılgülün tikanı və ya Əbülfəz Elçibəyə məktub

16 İyun 2018 - 13:40
in aktual-banner, Banner, Cebhe-banner, GÜNDƏM, KÖŞƏ YAZILARI, MANŞET
FacebookVatsap

 

***
Salam Əbülfəz bəy.
Mənəm, o “tikanlı qız”. Zamanında Sizə hüsn-rəğbətimi, hörmətimi izhar edə bilmədim. Bir az xarakterimin də rolu oldu bu məsələdə, bir az işlədiyim qəzetin də.
Hə, o qəzeti deyirəm, əslində “Sizə bir köynək yaxın, həqiqətdə Sizdən bir verst aralı qəzet”in. Biz də jurnalistikada xam, cavan uşaqlar. Xam xəyalların qanadlarında uça- uça elə bilirdik ki, ta Aya qədər gedib çıxacağıq, amma bu Günə gəlib çıxdıq.
Çoxdan istəyirdim ki, Sizə bir etiraf məktubu yazım, qismət bu günəymiş. Daha doğrusu bu ilə – sizin 80 illiyinizə. Yadımdadır, sonuncu ad gününüzə – 62 yaşınıza bir buket güllə gəlmişdim. Üstəlik, yenə də bir-iki tikanlı sualla. Siz onda bir müddət idi ki, sakitliyə çəkilmişdiniz. Heç kim xəstəliyiniz haqda bilmirdi, təbii ki, ən yaxınlarınızdan başqa.
Sağ olsunlar, onların da ağzı bərkmiş, kimsə mətbuata bir kəlmə də sızdırmamışdı. Amma “Sizə bir köynək yaxın, Sizdən bir verst aralı qəzet”in qulağına kimsə pıçıldamışdı ki, Elçibəy filan bağda dincəlir. Mən də rəhmətlik Elxan Kərimovla onun köhnə “Jiquli”sində gəlib  o bağı tapmışdım. 24 iyun 2000-ci il. Yadımdadır, köməkçiniz Əli bizi görəndə yazığın gözü kəlləsinə çıxmışdı. Müavin Əlinin himayəsində olanlar buranı hardan gəlib tapıb deyə.
Amma əlimdəki gül buketinə, ad günü ovqatıma baxıb  sakitcə içəriyə xəbər vermişdi. İçəridən isə xəbər yerinə… Ordubad əriyi gətirmişdilər. Bir məcməyi, sapsarı, şipşirin, şirəli, iyi hələ də burnumdadır. Ağzım sulanmışdı o əriyi görəndə, amma   hirsimdən yeməmiş, əlimdə bir buket gül,  yarım saat küçədə gözləməyimi şəxsimə həqarət saymışdım, Elxan müəllimə ”gəl gedək, adam bizimlə görüşmək istəmir ” demişdim. Elxan Kərimov məndən səbirliymiş, bir az da gözləyək demişdi. Və birdən siz görünmüşdünüz qapıda. “Tikanlı qız”a təqdim etmək üçün  həyətdən  yenicə dərilmiş bir dəstə qızılgüllərlə. Tikanları o qədər sərt idi ki, əlimə batmasın deyə  bərk-bərk kağızla sarımışdız. Kim bilir, bəlkə də bununla mənə bir mesaj vermişdiz, tikanlı olma, və yaxud, özün ol!-mesajını.
O vaxtdan mən özüm oldum Əbülfəz bəy, tikanlarım isə hələ də qalır. İndi də verdiyim suallar, yazdığım yazılar, hazırladığım reportajlar  kimlərinsə xoşuna gəlmir. Neynim, Allah verən xasiyyətdir də. Xarakteri dəyişmək çətin məsələdir mənim üçün. Elə bilirəm dəyişsəm mənə  də xaraktersiz  deyərlər, Sizin əksər partiyadaşlarınız, əksər silahdaşlarınız kimi. Heç bilirsiz,  gedişinizdən sonra onların sayı nə qədər artdı? Hardan biləsiz? Hərdən fikirləşirəm ki, görəsən bir də dünyaya gəlsəydiniz onları bağışlayardız? “Bəy, axı belə deyil”-deyə onların hər cür  arqumentlərini özünüzəməxsus təmkinlə, səbrlə onlara izah edərdiz? Milli-mənəvi dəyərləri maddi dəyərlərə satan bu əqidə alverçilərini  əfv edərdiz?
Onların başını  bir mandatla, uzağı bir QHT-ylə aldatdılar, bəy. İndi hamısı oliqarx kimi yaşayır, siz heç prezident olanda belə yaşamamışdız.
Bu məktubu Sizə yazanda bayırda iyun ayıdır. Bilirəm, bu ayın sizin həyatınızda mühüm, çox mühüm rolu olub. İyunda dünyaya gəlmisiz, iyunda Prezident seçilmisiz, iyunda hakimiyyətinizi itirmisiz. Ayın 1-dən etibarən hər gün Gəncə qiyamı ilə bağlı silsilə reportajlar hazırlayıram. 25 ilin tamamında çox şey daha fərqli, daha aydın görünür. Səhvləriniz də, həqiqətləriniz də . Bəlkə də həqiqətləriniz səhvlərinizdən çoxdur, bəlkə də əksinə, səhvləriniz həqiqətlərinizdən.
Amma bu heç nəyi dəyişmir. Oturub dönə-dönə sizin müsahibələrə, açıqlamalarınıza baxıram, 25 il qabaqkı hadisələrin düz mərkəzinə düşürəm. Ondan sonra bu yazını yazmaq bilirsiz  nə qədər çətindir? O dövrün  siyasi mənzərəsi qədər çətin. Bir neçə gün əvvəl Etibar Məmmədovla müsahibə götürmüşdüm. Ondan soruşdum ki, Əbülfəz bəy necə bir müəllim idi?
“Yaxşı müəllim idi”- dedi. Şəstlə dedi bunu. Gözləri parıldadı. Bu parıltı imkan vermədi Etibar bəyin gözlərinin ta dərinliklərinə baxım. O dərinliklərdə nələr gizlənib, İlahi? Prezident səlahiyyətlərinizin əlinizdən  alınmasında tələbənizin xüsusi rolundan tutmuş ta nələr, nələr….
Çox maraqlıdır mənə, o ad gününü necə qeyd etmişdiz? 1993-cü ilin 24 iyununu. Prezident səlahiyyətləriniz əlinizdən alınıb, özünüz də kiçik Kələkiyə sığınmışdınız. Məncə o kiçik KƏLƏKİdə böyük KƏLƏK  haqqında düşünməyə vaxtınız oldu sizin. Harda yanlış etdiyinizi özünüz üçün müəyyən edə bildinizmi? Səhvləriniz, boşluqlarınız haqda nə qənaətə gəldiniz? Doğurdanmı elə hesab etdiniz ki, ”Bu mənim taleyimdir”. Kaş ki,  4 il 4 aylıq  Kələki yaşantılarınızı  qələmə alıb, dünyanın ən maraqlı memuarı kimi tirajlayaydınız.  Təəssüf, bundan bizi məhrum elədiniz. Bizi çox şeydən məhrum elədiniz. Bizə demokratik ölkə vəd elədiniz, sözünüzü tutmadınız.
Bizə Bütöv Azərbaycan vəd elədiniz, Azərbaycanı yarı can üstə qoyub getdiniz. Bizə “Mən hələ Prezident olacam, görəcəksiz ölkə necə idarə olunur” vədini verdiniz, “idarəolunan Elçibəy kadrları”ndan başqa heç nə qoymadınız bizə. Onları da kim gəldi, necə gəldi idarə edir. Çox istəyərdim ki, Allah Sizə bir dəfə də şans verəydi. Sizin məğlub yox, Qalib prezident kimi dünyadan köçməyinizi istəyərdim. Amma biz istəməklə deyil ki…Gərək Allah da istəyəydi bunu. Allah isə sizi dərgahında görmək istədi. Yenə də xoşbəxt adamsız. Sevənləriniz sevməyənlərinizdən çoxdur. Hələ də gözümün qabağındadır möhtəşəm dəfniniz. İnanın, o gün nə qədər insan yerinizdə olmaq istəyərdi! Biri elə mən özüm. 29 yaşında gənc qız həsəd aparmışdım  çiyinlərdə daşınan Azərbaycan boyda tabuta. Yüz minlərlə insan göz yaşı tökürdü sizin üçün. Timsah göz yaşı deyildi, əsla. İçdən gəlirdi, yana-yana gəlirdi, yandıra-yandıra gəlirdi. Ölümün hamını yandırdı, Bəy. Bu, “tikanlı qız”ı da. Səsin hələ də qulaqlarımdadır. “Xanım, səni də başa düşmək olmur. Gah ipək kimi olursan, gah da tikanlı”.
Onda ən BÖYÜK DEMOKRATA qıcıq olmuşdum, bu adamın tənqidə heç dözümü yoxmuş ki.. demişdim. Amma həqiqəti deməmişdim. Deməmişdim ki, Əbülfəz bəy, tikanlarıma baxma, Sizi çox sevirəm. Hətta  ”Sizə bir köynək yaxın, sizdən bir verst aralı qəzet”in “mirzə”lərindən birinə stəkan tolazlayacaq qədər çox.
Təəssüf deyə bilmədim. Siz qəzetlərə ”Hamı sakitləşib, bircə bir jurnalist var, Ləman Ələşrəfqızı o sakitləşmir” deyəndə də demədim bunu. Gec də olsa indi deyirəm. Hər şey üçün bağışla, bəy! Hətta kələ-kötür suallarımı da. O suallar ki, bəzən tikanlı yox, qərəzli olurdu. Bəzən “Sizə bir köynək yaxın, amma  Sizdən bir verst aralı qəzet”in siyasətini yürüdənlərin ağlına uyub, səhv edirdik. Səhv isə günah deyil. Eynən  sizin səhviniz kimi.
Mən bu səhvi heç vaxt günah saymadım.  Azərbaycanı sevən, millətini sevən günah edə bilməz dedim. Kaş ruhun bu “tikanlı qız”ın məktubunu oxumuş, hisslərini  duymuş olaydı, Bəy. Əminəm, o zaman gözlərin yaşaracaqdı. Şəhid məzarına sərilən ananı ayağa qaldırıb  sinənizə sıxanda  necə yaşarmışdısa, o cür. Türkiyəyə müalicəyə gedəndə jurnalist həmkarım Qızılgülün sualından necə kövrəlmişdinizsə, o cür. Qızılgül xoşbəxtdir Bəy, o tarixi kadrlarda Sizə dua edən biri kimi qalıb. Mən qızılgülün tikanı kimi…..
P.S. Yazı “Elçibəy-80” yazı müsabiqəsinə təqdim edilir.

 

Bunu da oxuyun

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Previous Post

Qızılgülün tikanı və ya Əbülfəz Elçibəyə məktub

Next Post

“…nicatımız, arzumuz var- Böyük və Qüdrətli Türkiyə” – Zeynal Məmmədov MÖVQE

Bənzər yazılar

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55

Sentyabrın 5-i günün ikinci yarısında dağlıq ərazilərdə, 6-sı gündüz isə şimal və qərb rayonlarından başlayaraq 8-i səhərədək bəzi yerlərdə fasilələrlə...

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

Meloni vəzifəsində rekord müddət qalması münasibətilə təbrikə görə İlham Əliyevə təşəkkür edib

04 Sentyabr 2026 - 20:59

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı postunda ən uzun müddət qalması münasibətilə təbrikinə görə təşəkkür...

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

04 Sentyabr 2026 - 13:00

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran rejimi çökmək üzrədir və onun devrilməsi yaxın gələcəkdə reallığa çevrilə bilər. Elchi.az...

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01

Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal...

Next Post

“…nicatımız, arzumuz var- Böyük və Qüdrətli Türkiyə” – Zeynal Məmmədov MÖVQE

“…nicatımız, arzumuz var- Böyük və Qüdrətli Türkiyə” – Zeynal Məmmədov MÖVQE

Son xəbərlər

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

05 Sentyabr 2026 - 13:59
Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

05 Sentyabr 2026 - 12:32
Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

05 Sentyabr 2026 - 12:03
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək

05 Sentyabr 2026 - 11:49
“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb

05 Sentyabr 2026 - 11:25
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapıldı

Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapıldı

05 Sentyabr 2026 - 11:11
Rusiya Ukraynaya “İskəndər”lə zərbə endirdi

Rusiya Ukraynaya “İskəndər”lə zərbə endirdi

05 Sentyabr 2026 - 10:55
Ombudsman: Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə görüşlər keçirilib, hüquq və azadlıqları izah edilib

Ombudsman: Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə görüşlər keçirilib, hüquq və azadlıqları izah edilib

05 Sentyabr 2026 - 10:30
Azərbaycan nefti 104.2 dollara ticarət olunur

Azərbaycan nefti 104.2 dollara ticarət olunur

05 Sentyabr 2026 - 10:14
Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

05 Sentyabr 2026 - 10:01
Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.