Qiyamət Saatından nüvə həyəcanı

47

Elchi.az xəbər verir ki, nüvə müharibəsi xəbərdarlığı bəşəriyyətin sona yaxınlaşdığını simvolizə edən “Qiyamət Saatı”ndan gəldi.

Bəşəriyyətin sona nə qədər yaxın olduğunun simvolik göstəricisi olan “Qiyamət saatı” Ukrayna böhranının kölgəsində “nüvə müharibəsinə doğru yuxuda getdiyimizi” xəbərdar etdi.

360 MİLYON İNSAN HƏYATINI İTİRİR

Atom Alimlərinin bülleteni adlı təşkilatın simvolik saatı bəşəriyyətin nüvə müharibəsi və ya iqlim dəyişikliyi kimi öz yaratdığı problemlər vasitəsilə özünü məhv etməyə nə qədər yaxın olduğunu təxmin edir. İlk dəfə 1947-ci ildə tətbiq edilən “Qiyamət Saatı” indiyə qədər 24 dəfə tənzimlənib. 2020-ci ildə edilən son tənzimləmədə artan risklər qarşısında saatı irəli çəkərək gecə yarısına (qiyamətə) 100 saniyə qaldığı ifadə edildi. Ayın əvvəlində təşkilatın ekspertlərindən olan Fransua Diaz-Maurin “Gizlənəcək yer yoxdur: Nüvə müharibəsi sizi və demək olar ki, hər kəsi necə öldürəcək” başlıqlı məqalə dərc edib. Ekspert xəbərdarlıq edib ki, Rusiya ilə ABŞ arasında nüvə müharibəsi başlayarsa, 360 milyon insan bir anda ölə bilər.

Şayəstə