"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Qırmızı fənərlər” məhəlləsindəki yunan gözəlçə

12 Dekabr 2022 - 17:00
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

“Azadlıq” radiosu və BBC-nin Belçika mediasına istinadən hazırladıqları reportajlarda xəbər verilir ki, Belçika federal polisinin 16 fərqli nöqtədə keçirdiyi reyddə Avropa Parlamentinin(AP) rəhbərliyinə yaxın olan aralarında keçmiş parlament, həmkarlar ittifaqı üzvü və müşavir müavinləri olmaqla 4 nəfər saxlanılıb. Onlar dünya çempionatının keçirilməsi ilə bağlı korrupsiyada və Qətərin maraqları üçün lobbiçilikdə şübhəli bilinirlər. Axtarışlar nəticəsində polis təxminən 600 min avro nağd pul aşkarlanıb. Bu pulun keçmiş deputat Antonio Panzerinin ünvanında tapıldığı öyrənilib.
Şübhəlilərdən biri AP-nin vitse-prezidenti, Yunanıstanın PASOK sosialist partiyasının üzvü Eva Kaili olduğunu qeyd ediblər. Bildirilir ki, Qətərin əmək naziri ilə görüşdə E. Kaili Dohada Olimpiya obyektlərinin tikintisi zamanı işçilərin hüquqlarının pozulması ilə bağlı beynəlxalq qurumların çoxsaylı bəyanatlarına baxmayaraq, Qətəri “işçilərin hüquqları baxımından lider ölkə” adlandırıb.
Saxlanılanlar arasında Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini və İtaliyadan keçmiş Avropa Parlamentinin deputatı Pier Antonio Panzeri də var. A. Panzeri Avropa Parlamentini tərk etdikdən sonra “ciddi insan hüquqları pozuntularına və insanlıq əleyhinə cinayətlərə görə cəzasızlığa qarşı mübarizə aparan” “Cəzasızlıqla Mübarizə” qeyri-hökumət təşkilatının rəhbəri olub.Visentini noyabr ayında dünya üzrə 200 milyon üzvü olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) baş katibi seçilib.
Bununla yanaşı qeyd edilir ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra başlayan “qaz müharibəsi” fonunda Avropa rəsmiləri də dünyanın əsas qaz istehsalçılarından biri olan Qətərlə yaxşı münasibətlərdə maraqlıdırlar.
Adları keçən şəxslərin ən azı ikisi Avropa strukturlarındakı güclü erməni lobbisinin, erməni konyak diplomatiyasının fəal üzvləri idilər. Yunan deputat Eva Kaili II Qarabağ müharibəsi başlayandan dərhal sonra Avropa Parlamentini baş verənləri araşdırmaq, Dağlıq Qarabağı xilas etməyə çağıran tvit atmışdı -“Erməni xalqı kifayət qədər əziyyət çəkdi! Biz səssiz qala bilmərik”
https://twitter.com/EvaKaili/status/1310331147520479233).
Müharibənin getdiyi vaxt isə Avropa Şurasına müraciət edərək diiplomatik pasportu olan azərbaycanlılar üçün Şengen vizasını ləğv etməyə çağırmışdı. O bunun “Türkiyənin dəstəklədiyi İlham Əliyev rejiminin Artsaxın erməni vətəndaşlarının hüquqlarını kobud şəkildə pozmasına cavab” olacağını iddia edirdi. “Cənab Əliyev 1994-cü il atəşkəs anlaşmasını pozaraq, beynəlxalq ictimaiyyətin dialoq çağırışlarına məhəl qoymadan Dağlıq Qarabağda ermənilərə qarşı müharibə aparır. Aİ qəti surətdə nümayiş etdirməlidir ki, bizim ərazimizə bu cür dəhşətli hərbi hücumlar praktiki nəticələr olmadan qəbuledilməzdir “. Kaili həmçinin Türkiyədən “hərbi təcavüz gözləyən Ermənistan” vətəndaşları üçün viza rejimin ləğv olunub sərbəst gediş gəliş imkaları verilməsi tələbi ilə çıxış etmişdi( https://greekcitytimes.com/…/greek-mep-kaili-azerbaijan/_).
Kaili bununla da kifayətlənməmiş, 2020 ci il oktyabrında AP-nin 48 deputatı ilə birgə Avropa Komissiyasının Ali Komissarı Cozep Borrellə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin yerli mülki əhalisinə qarşı hərbi təcavüzündən narahatlığını ifadə edən məktub göndərmişdi. AP üzvü Lukas Furlasın (EPP, Kipr) təşəbbüsü ilə yazılmış məktubda qeyd edilirdi ki, 27.09.2020-ci ildən etibarən Dağlıq Qarabağın yerli mülki əhalisi Azərbaycan silahlı qüvvələri tərəfindən hücuma məruz qalıb, “bu, beynəlxalq humanitar hüququn və sülh məntiqinin kobud şəkildə pozulmasıdır”. . Onlar Borreli “Türkiyənin Cənubi Qafqazda sabitliyi pozan istənilən müdaxiləsini dayandırmaq üçün güclü təzyiq göstərməyə” çağırırdılar. Avropa deputatlarının təşəbbüsünü şərh edən Ədalət və Demokratiya uğrunda Ümumavropa Erməni Federasiyasının (AAFJD )prezidenti Kaspar Karampetyan bildirib: “Türkiyə və Azərbaycan qırmızı xətti keçiblər. Avropadalı siyasətçilər Əliyev rejiminin nəyə qadir olduğunu anlamağa başlayıblar. Azərbaycan indi islam terrorizmi ilə əlaqəli bir ölkədir”( АРМЕНПРЕСС).
Qeyri-qanuni almaz biznesi, o cümlədən Afrikanın münaqişə bölgələrindən Avropaya almaz qaçaqmalçılığı ilə məşğul olan Belçikadakı erməni mafiyasının “xaç atası” K. Karampetyan Yunanıstanda anadan olub.Lüksemburq və Ermənistan vətəndaşlığı var(Haqqin.az). Yuxarıda xatırlatdığımız, 2020-ci il oktaybarında edilmiş müraciətin təşəbbüsçüsü olan L. Farlas da Avropa Parlamentində “Ermənistanla dostluq qrupu”na rəhbərlik edir və Karapetyanın yaxın dostudur.
Ötən il noyabrın 19-da da AP-nin bir qrup deputatı Azərbaycanı “Ermənistana təcavüz etməkdə” ittiham edən bəyanat imzalamışdı. Bəyanatda iddia olunurdu ki, Azərbaycan silahlı qüvvələri 2021-ci il noyabrın 16-da Ermənistanın şərq sərhədi boyunca hücuma keçərkən bu ölkənin ərazi bütövlüyünü pozub. Bəyanat müəllifləri beynəlxalq təşkilatları, o cümlədən Cozef Borreli “Azərbaycanın Ermənistana təcavüzünün qarşısını almaq üçün” bütün təsir vasitələrindən istifadə etməyə çağırırdı. Bəyanatı imzalayan E. Kaili də daxil olmaqla 33 deputatın hamısı AAFJD ilə sıx bağlı olan “Ermənistan Dostluq Qrupu”nun üzvləri idi.
Axtarışlarda adı keçən Antonio Panzeriyə gəlincə, AP-nin 2015 ci il martında qəbul etdiyi “2013-cü ildə Dünyada İnsan Hüquqları və Demokratiya üzrə İllik Hesabat” onun tərəfindən hazırlanmışdı. Bu sənədin bir neçə bəndi Ermənistanla bağlı idi, orda “erməni soyqırımının 100-cü ildönümü ərəfəsində bütün üzv dövlətlərin bunu tanımasına çağrılırdı. Ermənistanın Avropa Dostları (EuFoA, www.EuFoA.org) qrupunun direktoru Eduardo Lorenzo Oçoa bu hesabatı alqışlamışdı: “Uzun fasilədən sonra AP erməni soyqırımı ilə bağlı mövqeyini bir daha təkrarlayır, soyqırımların və onların inkarının insan hüquqları məsələsi olduğunu bir daha təsdiq edir. Bu xüsusi ildə biz Avropanın erməni xalqı ilə həmrəyliyinin belə güclü mesajına görə minnətdarıq”(https://europeanmovement.eu/…/european-parliament…/).
Qətərin məhz Kailinin xidmətinə üz tutmasında da qeyri-adi nəsə yoxdur. Bu, təxminən cibi dolu şərqli kişinin Brüsselin Qırmızı fənərlər məhəlləsindəki bahalı ümumxananaya, ya Stasbuqdakı qədim arxitektura əsəri olan bordelə baş çəkməsinə bənzəyir. Yazılanlara görə, adətən, bu yerlərdə pul müqabilində şərqi və cənubi avropalı gözəlçələrin xidəmətini almaq daha rahatdır, yəni Kaili kimilərin. Tutduğu postu siyasi ümumxanaya çevirənlər üçün də bu yanaşma keçərlidir. Demək ki, Kailinin ifrat ermənipərəstliyi də sırf türkofob olmasından, yunan -erməni həmrəyliyinə sədaqətindən irəli gəlməyib, ortada “konyak diplomatiyası”nda fırlanan milyonların da xüsusi rolu var. Madam ki, indi onun öz “bədənini” (siyasi mövqeyini) pul qarşılığında satdığı üzə çıxıb, bundan sonra bizim diplomat və lobbiçilərimizin bir işi də Kaili və kompaniyasının antiazərbaycan qərarlarını birər-birər ifşa etmək olmalıdır.
Cəmaləddin Quliyev
Previous Post

“Qırmızı fənərlər” məhəlləsindəki yunan gözəlçə

Next Post

Bayramov Brüsseldə mühüm iclasda çıxış etdi

Bənzər yazılar

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
XİN başçısı: “Azərbaycan İsraillə münasibətlərin inkişafında maraqlıdır”

Bayramov Brüsseldə mühüm iclasda çıxış etdi

XİN başçısı: “Azərbaycan İsraillə münasibətlərin inkişafında maraqlıdır”

Bayramov Brüsseldə mühüm iclasda çıxış etdi

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.