"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Qırğızıstanda türk təyyarəsini kim düşürdü” – sensasion iddia

17 Yanvar 2017 - 00:58
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

“Qırğızıstanda türk təyyarəsini kim düşürdü” – sensasion iddiaTürkiyəli yazara görə yük təyyarəsi sui-qəsd səbəbi ilə qurban gedib

Türkiyənin kafkassam.com saytının yazarı Ömür Çelikdönmez “Qırğızıstanda türk yük təyyarəsini kim düşürdü” adlı məqaləsində maraqlı və iddialı versiya irəli sürüb.
Müəllifin gəldiyi qənaətə görə həmin yük təyyarəsi təsadüf nəticəsində deyil, sui-qəsd səbəbi ilə qurban gedib.
Yazıda səsləndirilən maraqlı məqamları oxuculara təqdim edirik.
****
“Sui-qəsd nəzəriyyələrinə meylli olduğumu tanıyanlar bilir. Kim nə deyirsə deşib Qırğızıstandakı türk yük təyyarəsinin sabotajla salındığı qənaətindəyəm. Eynilə ötən ilin dekabr ayında Moskvadakı hərbi Çkalovski bazasından qalxan Qızıl ordu xorunun üzvlərini daşıyan Rusiya təyyarəsinin Qara  dənizdə düşməsi kimi Qırğızıstanda təyyarənin texniki qəza və ya mənfi hava şərtləri səbəbi ilə qəzaya uğradığı söyləniləcək”.
Müəllif bununla bağlı başqa səbəblərin olduğunu düşündüyünü bildirərək onları oxucularla paylaşıb:
 – Hərbi xoru daşıyan təyyarə Rusiyanın Çinə beşinci nəsil çox funksiyalı döyüş təyyarəsi “Su-35”-i verməsinin ardından Qara dənizin sularına qərq edilmişdi. Aydındır ki, Çin-Rusiya əməkdaşlığı qlobal güclərin xoşuna getməmişdi.
Bişkek səfərini həyata keçirən “Boinq-747” tipli yük təyyarəsi də Qırğızıstanın paytaxtı Bişkekdəki Manas Beynəlxalq Hava Limanı yaxınlığında olan bir qəsəbəyə düşdü …
Bəzi qaynaqlar qüllənin təyyarəyə səhv istiqamət verdiyini və qəzanın bu səbəblə meydana gəldiyini iddia edir. Bu iddia təxribat ehtimalını daha da gücləndirir.
Qəzada ölən istefada olan hava generalı Kazım Öndül, Əfqanıstanda xidməti vəzifə yerinə yetirən, 2009-cu ildə ABŞ dövlət katibi Hillari Klinton tərəfindən tərifə layiq görülən bir hərbçi olub.
Düşən təyyarə, 2003-ci ildə “Boeing” tərəfindən istehsal edilib. 124 ton yük daşıma qabiliyyətinə malik olan təyyarə, 5 min 230 kilometrlik mənzilə qədər məsafəni qət edə bilir. Saatda ən çox 922 kilometr sürətə çıxa bilən “Boeing 747-400F” –də iki pilot vəzifə yerinə yetirir.
Regional və qlobal rəqabətin kəsişmə nöqtəsindəki Qırğızıstan, Avrasiyaçı ilə Atlantikaçı blok arasında qalan bir ölkədir. Qırğızıstanın geosiyasi mövqeyi baxımından mövqeyi Türkiyəyə çox bənzəyir. Ölkə qərb və şərq, şimal və cənub bölgələri arasında körpü rolunu oynayır.
Qırğız dövləti Avropa, Çin, Ərəb (müsəlman), İran kimi dörd fərqli mədəni sivilizasiyanın kəsişdiyi bir ölkə olması səbəbi ilə çevik və balanslaşdırılımış xarici siyasət yürüdür.
Qırğızıstan ilə Çinin SSRİ dövründən qalan sərhəd problemi mövcuddur. 1996-cı ildə Qırğızıstan-Çin Dövlət Sərhədi müqaviləsi və 1997-ci ildə “Sərhəd bölgələrində Silahlı Qüvvələrin qarşılıqlı olaraq azaldılması” haqqında müqavilələr imzalanaraq bu problemlər həll olundu.
1996-cı ildə Şanxay konfransında, beş ölkə Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan və Tacikistan arasında Sərhəd zonalarında hərbi sahədə təhlükəsizliyin artırılması ilə bağlı tədbirlər haqqında müqavilə imzalandı. Qırğızıstan rəhbərliyi indi də Çinlə əlaqələrini möhkəm tutmağa çalışır…
1998-ci ilin aprel 26-30-da, Qırğızıstan prezidenti Əsgər Akayevin, Çin Xalq Respublikasına ikinci rəsmi səfəri zamanı iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığı haqında saziş imzalandı. Qırğızıstan Respublikası ilə Çin Xalq Respublikası arasında Əməkdaşlıq və dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə hazırlandı. Ayrıca Çin hökuməti tərəfindən Qırğızıstana, 5 milyon yüən məbləğində humanitar yardım edilməsi mövzusunda, məktub mübadiləsi reallaşdırıldı.
Keçdiyimiz həftə iş ziyarəti üçün Çinin paytaxtı Pekində olan Qırğızıstan prezidenti Almazbəy Atambayev, Çin Dövlət Başçısı Si Cinpin ilə görüşdü. İkitərəfli əməkdaşlığın gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi kimi təməl mövzuları ələ alan liderlər regional və beynəlxalq mövzularda fikir mübadiləsi apardılar…
Təyyarə qəzasının bu görüşün üzərindən çox qısa bir müddət sonra reallaşması, təxribat ehtimalını gücləndirir. Atlantikçi blok adına Qırğızıstanda icraçı funksiyasını yerinə yetirə bilən FETÖ strukturları  bu nöqteyi-nəzərdən diqqət çəkir.
Türkiyədə hərbi çevriliş hazırlayan FETÖ-nün Qırğızıstandakı fəaliyyətləri, Sovetlər Birliyinin dağılmasının dərhal sonra başlayıb. Təşkilatla əlaqəli olduğu bildirilən Səbat Beynəlxalq Təhsil Qurumları, Qırğızıstan Təhsil Nazirliyi ilə 1992-ci ilin may ayının 2-də əməkdaşlıq razılaşması imzalayıb. Razılaşma nəticəsində Səbat Təhsil Qurumlarına, məktəb açma haqqı verildi. FETÖ əlaqəli təhsil müəssisələrinin ilk məktəbi Bişkekdəki kişi litseyi oldu. Yeni müstəqil ölkənin yaşadığı çətinlikləri və Qırğız xalqının Türkiyəyə olan yaxınlığını istifadə edən FETÖ məktəbləri ölkə daxilində sürətlə yayıldı.
Yeddi bölgədə məktəblər və yurdlar açaraq fəaliyyətlərini davam etdirən Səbat Beynəlxalq Təhsil Qurumlarının nəzdində bu gün, 9 ibtidai və orta məktəb, 16 orta məktəb, “Silk Road” və “Cambridge” adı altında iki beynəlxalq məktəb ilə Beynəlxalq Atatürk Alatoo Universiteti var. Kitablar və jurnallar nəşr olunduğu, konfranslar təşkil edildiyi Səbat Təhsil Təşkilatlarının məktəblərində hər il 10 min şagirdin təhsil aldığı bilinir. FETÖ-yə yaxın bu məktəblərdən məzun olanlar müxtəlif dərnəklər quraraq təşkilatlanmağı bacarıblar.
Səbat Təhsil Təşkilatlarının Qırğızıstanda 100 milyon dolları aşan əmlakının olduğu vurğulanır. Bu təşkilatlarda təxminən 2 min 200 adam çalışır. Qırğızıstanda təşkilata yaxınlığı ilə bilinən məktəblərdən məzunların, dövlətin bütün sahələrində müxtəlif vəzifələrə çəkildiyi diqqət cəlb edir.
Təyyarə qəzasının ABŞ prezidenti Donald Trampa yaxın Respublikaçı Denni Reberqin, Fətullah Gülənin Türkiyəyə ekstradisiya ediləcəyi siqnalını verən bir yazını qələmə almasından sonra reallaşması xüsusilə düşündürücüdür.
ABŞ-ın Montana ştatının keçmiş qubernatoru olan Denni Reberq, The Hill qəzeti üçün qələmə aldığı məqalədə, Gülənin deportasiya edilmədiyi müddətcə FETÖ-nün ABŞ-ın da içində olduğu Türkiyə və müttəfiqləri üçün təhdid meydana gətirməyə davam edəcəyini bildirmişdi.
Qırğızıstanın siyasi rəhbərliyi qarşısında güclü müxalifət dayanıb.
Qırğızıstanda vəziyyətin olduqca mürəkkəb olduğu da bilinən bir faktdır.
Lakin bizə maraqlı gələn bütün bunların əvəzinin Türkiyə üzərindən Çinə kəsilməsidir. Niyəmi? Qırğızıstanda düşən təyyarə, İstanbul mərkəzli 2004-ci ildə qurulan ACT Hava yolları “myCargo” markasıyla yük daşımaları edir. Şirkətin internet saytında yer alan məlumata görə, hissələrinin yüzdə 50,9-u Türk iş adamı Dağlar Çizmeci-nin, yüzdə 49-u isə Çinli HNA şirkətini əlindədir. Çinli HNA qrupu Çinin ən böyük aviasiya və turizm şirkəti sayılır. Şirkət təyyarələrinin texniki baxışını Türkiyədə həyata keçirir.
Türk şirkətini özünə partnyor olaraq qəbul edən HNA Group Co, Ltd, Çinin dördüncü böyük hava yolu şirkəti olan Hainan Airlines’ın tərkib hissəsindədi. HNA Group, 1993-ci ildə qurulub. Son iyirmi ildə, Çinin islahatı və açılımı qarşısında böyüdü və möhkəmlənirdi. Yerli havaçılıq nəqliyyat operatorundan, turizm, holdinq, sərmayə, məntiqi və EcoTech’in nüvə hissələrini əhatə edən bir holdinqə qədər inkişaf etdirilən HNA qrupunun çevrəsi, Haynan adasından Cənub dənizinə qədər bütün dünyaya yayılıb. Qrup tərkibində 12 qeydli şirkət var. 2015-ci ildə HNA Group təxminən 27 milyard dollarlıq gəlir əldə edib. Şirkətin dünya daxilində təxminən 200.000 işçisi var. HNA Group, 2015-ci ildə ilk dəfə Fortune 500-də, illik gəliri 25.6 milyard dollarla 464-cü sıraya yüksəlib.
2015-ci ilin dekabr ayından etibarən HNA Group təxminən 1250 təyyarəlik bir donanmaya sahib olub təxminən 1000 daxili və xarici reysi həyata keçirir.
 Şirkət ildə 90 milyon sərnişinə  xidmət göstərir.
Göründüyü kimi, düşən yalnız yük təyyarəsi deyil! Həm Qırğızıstan-Çin əlaqələri həm də Türkiyə-Çin yaxınlaşması da bu təyyarə qəzasına qurban edilmək istənilib. Orta Asiya və Yaxın Şərqdə enerji qaynaqlarından vaz keçməyən Amerikanın bu işdə barmağının olduğunu istisna etmək olmaz. Çinlə Sakit okeanda, Rusiya ilə isə Avropada qarşıdurma hazırlığında olan ABŞ Qırğızıstanda ortaya çıxdı və gücünü göstərdi.
Previous Post

“Qırğızıstanda türk təyyarəsini kim düşürdü” – sensasion iddia

Next Post

İran naməlum PUA-nı məhv etdi – Müəmmalı olay

Bənzər yazılar

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

Qəribabadi: İran həm diplomatiya, həm də müdafiəyə hazırdır

12 Oktyabr 2026 - 23:40

İran həm diplomatiya, həm də ölkəni müdafiə etmək üçün hazırdır. Elchi.az ISNA-ya istinadən xəbər verir ki, bu barədə İran xarici...

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb

12 Oktyabr 2026 - 23:38

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb. Elchi.az paylaşımı...

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

UKMTO: Hörmüz boğazında tanker atəşə tutulub

12 Oktyabr 2026 - 23:35

Bazar günü Hörmüz boğazından keçən tanker atəşə tutulub. Elchi.az xəbər verir ki, bu barədə bazar ertəsi Böyük Britaniya Hərbi Dəniz...

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

İran XİN Böyük Britaniyanın ittihamlarını pisləyib

12 Oktyabr 2026 - 23:31

İran Xarici İşlər Nazirliyi (XİN) Böyük Britaniyanın Tehrana qarşı ittihamlarını pisləyib. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran...

Next Post

İran naməlum PUA-nı məhv etdi – Müəmmalı olay

İran naməlum PUA-nı məhv etdi – Müəmmalı olay

Son xəbərlər

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

Təyyarələrdə heyətin iş və istirahət vaxtının tənzimlənməsi proseduru müəyyənləşir

13 Oktyabr 2026 - 12:26
“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş rejimi gücləndiriləcək

13 Oktyabr 2026 - 12:18
9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

9 ayda Azərbaycanda 12 mlrd. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib

13 Oktyabr 2026 - 12:10
Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

Laos Prezidenti Azərbaycan dövlət başçısına tələbələrlə bağlı təklifinə görə təşəkkür edib

13 Oktyabr 2026 - 12:00
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

13 Oktyabr 2026 - 11:56
Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

Prezident İlham Əliyev: Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb

13 Oktyabr 2026 - 11:44
Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

Azərbaycanda nağdsız ödənişlərin payı 70%-ə yaxınlaşıb

13 Oktyabr 2026 - 11:30
Milli Məclisin iclası başlayıb

Milli Məclisin iclası başlayıb

13 Oktyabr 2026 - 11:24
Milli Məclisin iclası başlayıb

İsraildə müxalifət Netanyahunu qabaqlayır

13 Oktyabr 2026 - 11:15
Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan və Laos prezidentlərinin təkbətək görüşü olub

13 Oktyabr 2026 - 11:05
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

13 Oktyabr 2026 - 10:59
DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

DİM sədri: Bu il Prezident təqaüdünə namizəd olan 15 nəfər kənd və qəsəbə məktəblərinin məzunudur

13 Oktyabr 2026 - 10:51
Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

13 Oktyabr 2026 - 10:42
Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

Türk dövlətləri fintex sahəsində əməkdaşlığı Bakıda müzakirə edir

13 Oktyabr 2026 - 10:34
Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək

Çempionlar Liqası: “Sabah” bu gün Çexiyanın “Slaviya” klubunu qəbul edəcək

13 Oktyabr 2026 - 10:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.