“Qazprom”un Ukrayna üzərindən Avropaya qaz nəqli 23 faiz azalacaq

35

Rusiyanın enerji şirkəti “Qazprom”un Ukrayna üzərindən Avropaya təbii qaz nəqli dünənlə müqayisədə 23 faiz azalaraq 25,1 milyon kubmetr olacaq.
Elchi.az xəbər verir ki, bu barədə “Qazprom”un Rusiya mətbuatına verdiyi açıqlamada şirkətin Sohranivka paylama məntəqəsindən qaz nəqli tələbinin Ukrayna tərəfindən rədd edildiyi qeyd edilib.
Suca məntəqəsindən daşımaların davam etdiriləcəyi bildirilən açıqlamada sözügedən məntəqədən daşınma həcminin bu gün 25,1 milyon kubmetr səviyyəsində olacağı bildirilib.
Ötən gün Ukrayna üzərindən Avropaya 32,6 milyon kubmetr təbii qaz göndərən “Qazprom”un daşınması bununla da yanvarın 18-i ilə müqayisədə 23 faiz azalacaq.
2022-ci ilin mayında Ukrayna Rusiya təbii qazının üçdə birinin Avropaya keçdiyi Sohranivka paylama məntəqəsində nəqli başa çatdırdı.
“Qazprom”un Qərbi və Mərkəzi Avropaya təbii qaz nəqli “Şimal axını” və Yamal-Avropa boru kəmərləri ilə dayandırılıb. Şirkətin sözügedən bölgələrə daşınması yalnız Ukrayna üzərindən davam edir.

Şayəstə