Rusiyanın enerji şirkəti “Qazprom” “Moldovaya göndərilən təbii qazın bir hissəsinin Ukraynada qaldığını” və vəziyyətin davam edəcəyi təqdirdə noyabrın 28-dən etibarən Ukrayna vasitəsilə qaz nəqlinin azalacağını açıqlayıb.
Elchi.az xəbər verir ki, bu barədə Qazpromdan verilən yazılı açıqlamada Moldovaya göndərilən təbii qazın bir hissəsinin Ukraynada qaldığı açıqlanıb.
Qazprom-un Moldova üçün Suca limanına tədarük etdiyi qaz miqdarının Ukraynadan Moldovaya göndərilən qaz miqdarından daha çox olduğuna diqqət çəkən açıqlamada, “Moldovaya Ukrayna üzərindən tədarük edilən tranzit qazında balanssızlıq davam edərsə, Qazprom Noyabrın 28-də Suca limanından verilən qaz azalmağa başlayacaq”.
Açıqlamada qeyd olunub ki, Qazprom bu gün Sucadan 42,9 milyon kubmetr təbii qaz göndərəcək.
Şayəstə