“Qazprom”un rəhbəri Aleksey Miller jurnalist Pavel Zarubinə müsahibəsində bildirib ki, 2023-cü ildə Çinə əlavə olaraq 600 milyon kubmetr qaz tədarük ediləcək.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
O, qeyd edib ki, Çinin gündəlik tələbləri hazırda müqavilədə göstərilən həcmlərdən çoxdur.
Miller təsdiqləyib ki, “Qazprom” müntəzəm olaraq Çin bazarına əlavə həcmdə mavi yanacaq tədarük edir. Onun sözlərinə görə, bu, artıq bir neçə ildir ki, müşahidə olunur.
Bundan əvvəl bildirilmişdi ki, “Qazprom” Çinin CNPC şirkəti ilə şərq marşrutu ilə Çinə qaz tədarükünə dair hazırkı müqaviləyə əlavə saziş imzalayıb.
Yeganə