Qazaxıstandan “Qazprom”a TƏKLİF

52

Qazaxıstanın “Qazaq Qaz” şirkəti “Qazprom”a Rusiyadan Çinə yeni tranzit qaz kəmərinin çəkilməsi imkanını nəzərdən keçirməyi təklif edib.

Elchi.az xəbər verir ki, bu təklifi “Qazaq Qaz”-ın İdarə Heyətinin sədr müavini Arman Kasenov açıqlayıb.

Belə ki, Şərqi Qazaxıstan ərazisindən Çinə bir sıra regionları əhatə edən yeni tranzit marşrutu təklif olunub. Kasenov bildirib ki, bu maşrutun üzərində iş aparılır. Artıq texniki-iqtisadi əsaslandırmalar aparılıb.

Bu gün isə “Qazaq Qaz”-ın səhmdarı olan Samruk-Kazyna Milli Sərvət Fondunun İctimai Şurasının iclasını keçirib. Şirkət nümayəndəsinin sözlərinə görə, hazırda belə bir təklif “Qazprom” tərəfindən nəzərdən keçirilir.

Qazaxıstanın şimal və şərqinin qısa müddətdə yalnız öz qaz ehtiyatları ilə qazlaşdırılması mümkün deyil. Bu səbəbdən Qazaxıstan tərəfi Rusiya qazının mümkün idxalı üçün yeni yaradılmış şəraitə ümid edir.

Yeganə