Elchi.az xəbər verir ki, Qazaxıstanın Karaqanda vilayətində metallurgiya şirkətinə məxsus şaxtada baş verən partlayış nəticəsində 16 nəfər həyatını itirib.
Qazaxıstanın Qaraqanda vilayətində yerləşən “ArcelorMittal Temirtau” metallurgiya şirkətinə məxsus Kostenko mədənində partlayış baş verib. Şirkətdən verilən yazılı açıqlamada mədəndə olan 252 nəfərdən 205-nin xilas edildiyi, 16 şaxtaçının cəsədinin tapıldığı, 31 mədənçinin axtarışlarının davam etdiyi bildirilib.
Şayəstə Hüseynova