Qazaxıstanda 40 dərəcə şaxta xəbərdarlığı

45

Qazaxıstanda arktik antisiklonla əlaqədar bu həftə bütün ölkə ərazisində soyuq havalar təsirli olacaq.
Elchi.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Meteorologiya Mərkəzinin (Kazgidromet) verdiyi açıqlamada ölkədə təsirli olan Arktika antisiklonunun şimal əyalətlərindən cənuba doğru hərəkət etdiyi bildirilib.
Açıqlamada bu həftə havanın temperaturunun ölkənin şərq və şimal əyalətlərində 40 dərəcə şaxtaya, cənub və qərb bölgələrində isə 30-35 dərəcə şaxtaya enəcəyi xəbərdarlığı edilib.

Uzun məsafələrə səyahət müvəqqəti olaraq qadağandır

Ölkədə həyata mənfi təsir göstərən həddindən artıq soyuq hava səbəbindən paytaxt Astana da daxil olmaqla bir çox bölgələrdə məktəblər distant təhsilə keçir, hava limanlarında uçuşlar gecikir.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi dünən ölkənin müxtəlif bölgələrində qar tələsindən 27 nəfərin xilas edildiyini, Astana-Petropavlovsk magistralında güclü şaxtaya görə sıxışan avtobusdan 49 Tacikistan vətəndaşının istilik məntəqələrinə təxliyə edildiyini açıqlayıb.
Daxili İşlər Nazirliyi həmçinin bildirib ki, pis hava şəraiti ilə əlaqədar dizellə işləyən avtomobillər və sərnişin avtobusları ilə uzun məsafələrə səyahət müvəqqəti qadağandır.

Şayəstə