Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlayıb

73

Qazaxıstan Rusiyadakı ticarət nümayəndəliyini bağlayıb, ölkə hökuməti bununla bağlı müvafiq qərar qəbul edib.

Elchi.az xəbər verir ki, sənəd normativ hüquqi aktların etalon yoxlama bankında dərc olunub.

“Qazaxıstan Respublikası Hökuməti qərar verir ki, Qazaxıstan Respublikası Ticarət və İnteqrasiya Nazirliyinin Rusiya Federasiyasındakı kommersiya nümayəndəliyinin dövlət qurumu ləğv edilsin”, – deyə hüquqi aktlar portalında qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl Qazaxıstanın Ticarət Nazirliyi Rusiya Federasiyasındakı kommersiya nümayəndəliyinin bağlanması niyyəti ilə bağlı qərar layihəsini ictimai müzakirə üçün “Açıq hüquqi normativ aktlar” portalında yerləşdirmişdi.

Yeganə