İsveçrə Rusiyaya qarşı 10-cu sanksiyalar paketinə qoşulmaq niyyətindədir, çünki bu, ölkə hökumətinin qərarıdır.
Elchi.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu RİA Novosti-yə İsveçrə Xarici İşlər Nazirliyinin rəhbəri İqnazio Kassis deyib.
“Prinsipcə, İsveçrənin Avropa İttifaqının (Aİ) 10-cu sanksiyalar paketinə qoşulacağını gözləmək lazımdır”, – deyən nazir Rusiyaya qarşı bütün Avropa sanksiyalarını dəstəklədiyini xatırladıb.
Qeyd edək ki, bu yaxınlarda Rusiya İsveçrənin 8,1 milyard dollarlıq aktivlərini bloklayıb, İsveçrənin “Credit Suisse” (CS) bankı isə ölkədəki 19 milyard dollardan çox olan Rusiya aktivlərinin üçdə birindən çoxunu bloklayıb.
Yeganə