Qazaxıstan Çin və İrana neft ixracı marşrutlarını inkişaf etdirmək niyyətindədir.
Elchi.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə respublikanın energetika naziri Bolat Akçulakov bildirib.
“Azərbaycan, Gürcüstan və Türkiyə limanları istiqamətində Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, eləcə də Çin və İrana ixrac marşrutlarının inkişafına xüsusi diqqət yetiriləcək. İxrac istiqamətlərinin şaxələndirilməsi çərçivəsində neft ixracının alternativ yollarının inkişafı üçün yol xəritəsi layihəsi hazırlanıb”,-deyə nazir qeyd edib.
Yeganə