"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qaz müharibələri: ABŞ Makedoniyada “rəngli inqilab” başlatdı

18 May 2015 - 12:48
in XƏBƏR LENTİ
FacebookVatsap

Qaz müharibələri: ABŞ Makedoniyada “rəngli inqilab” başlatdı

Bunu da oxuyun

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

Ötən bazar günü, mayın 17-də Makedoniyanın paytaxtı Skopyedə on minlərlə etirazçı hökumət əleyhinə yürüşə çıxıb.
Onlar baş nazir Nikola Qruyevskinin istefasını tələb ediblər.Yürüşü müxalif Makedoniya Sosial Demokratik Birliyinin rəhbərlik etdiyi müxalifət partiyaları təşkil edib. Səbəb nazirlərin seçkini saxtalaşdırma planını əks etdirən videonun yayılması olub.
Xəbərlərə görə yürüşdə 40 mindən çox insan iştirak edib.Qruyevski  mayın 16-da bildirib ki, “istefa vermək, yaxud keçid hökumətini qəbul etmək niyyəti yoxdur”. Sosial Demokratik Birliyin lideri Zoran Zaev etirazı “multi-etnik” adlandırıb.
Zaev deyib ki, onlar hökumət binasının qarşısında qalacaq. “Nikola Gruevski istefa verməlidir. Getməsə, biz də getməyəcəyik”.Bu gün mayın 18-də isə hökumətyönlü nümayişin keçirilməsi gözlənir.
Makedoniyada baş verənlər əslində sıradan iqtidar-müxalifət qarşıdurması deyil və analitiklərə görə bu kasıb Balkan ölkəsindəki gərginliyin arxasında Rusiya ilə Qərb arasında regiona nəzarət uğrunda yenidən alovlanan geosiyasi rəqabət dayanır.
Belə ki, Makedoniya Rusiyanın “Türk axını” qaz kəməri layihəsinin marşrutu üzərində yerləşən mühüm tranzit ölkəsidir.
“Qazprom” Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilməkdə olan Cənub Qaz Dəhlizi marşrutu ilə (TANAP+TAP) eyni marşrutu təkrarlayan, ildə 63 milyard kubmetr qaz  nəqlini nəzərdə tutan, iqtisadi layihədən çox siyasi mahiyyət kəsb edən kəmər layihəsinə Makedoniyanı cəlb etməyə razılıq ala bilib.
Bu ölkənin baş naziri Nikola Qruyevski “Türk axını” kəmərinə dəstək verəndən az sonra onun hökumətini ifşa edən korrupsiya dəlilləri və seçkilərin saxtalaşdırılmasına hazırlıqları əks etdirən plan müxalifətə ötürülüb. Bir neçə gün əvvəl isə ABŞ-ın Balkanlardakı for-postu olan Kosovodan sızan naməlum silahlı qrup Makedoniyanın sərhədyanı Kumanovo qəsəbəsində təhlükəsizlik qüvvələri ilə döyüşə girib. Nəticədə azı 8 xüsusi təyinatlı polis həlak olub, silahlı qrup da itki verib. Makedoniya hakimiyyəti silahlı qrupun ABŞ təlimatçılarının təlim keçdiyi alban yaraqlıları olduqlarını bildirir.
Bu hadisələr, üstəlik hökuməti təhdid edən siyasi gərginliyin başlaması analitiklər tərəfindən Rusiyanın da cəlb olunduğu geosiyasi toqquşma hesab edilir. Beləliklə, ötən əsrin 90-cı illərinin sonlarında Rusiyanın Balkanlardan sıxışdırılıb çıxarılması ilə nəticələnən geosiyasi qarşıdurma yenidən vüsət alıb. Və belə görünür ki, Rusiya həmin geosiyasi itkilərin əvəzini çıxmağa çalışır.
Balkan üzrə ekspertlər hesab edir ki,  Makedoniyada ABŞ və Rusiyanın maraqları toqquşur. Belə ki, ABŞ “Türk axını” layihəsini əngəlləmək üçün bütün rıçaqlarını işə salıb. Dövlət Departamentinin xüsusi elçisi Amos Hokşteyn bu günlərdə Afinaya ezam olunub və Yunanıstan hökumətinə “Türk axın”ına qoşulmamaq barədə xəbərdarlıq edilib. Rusiya isə öz Yunanıstanın solçu hökumətini xeyli dərəcədə öz tərəfinə çəkə bilib, “Türk axını”ıan qoşulmağın əvəzində Afinaya irihəcmli maliyyə yardımları vəd olunub. Həmçinin Rusiya kəmər layihəsinin marşrutu üzərində yerləşən digər Balkan ölkəsi Serbiyanın hökumətini öz tərəfinə çəkməyə nail olub. Ötən həftə xarici işlər naziri Sergey Lavrov Belqrada səfər edərək Serbiya hökuməti ilə strateji tərəfdaşlıq danışıqları aparıb, habelə “Türk axını” layihəsi müzakirə olunub.
Lakin kəmər Serbiyaya çatana qədər Makedoniyadan keçməlidir və bu səbəbdən əsas döyüş həmin ölkədə gedir. Hökumətə qarşı kompromatların müxalifətə ötürülməsinin ardınca Makedoniyanın kəşfiyyat rəisi Saso Miyalkov və daxili işlər naziri Qordan Yankulovski istefaya gediblər. Lakin bu istefalar hökumətin kapitulyasiyaya hazırlaşdığını göstərmir. Rusiya maraqlıdır ki, baş nazir Nikola Qruyevski hakimiyyətdə qalsın. Çünki “Türk axını” kəməri layihəsini reallaşdırmaq üçün Skopyedə Rusiyaya sadiq hökumət lazımdır.
Təsadüfi deyil ki, əvvəllər Makedoniyada baş verənlər haqda nadir hallarda maraqlanan Rusiya XİN son günlər xeyli fəallaşıb. İlk dəfə bu il yanvarın 31-də Makedoniya müxalifətinin lideri Zoryan Zayev indiki hökumətin korrupsiya əməllərini ifşa edən audioyazıları yayanda hökumət müxalifəti dövlət çevrilişi hazırlamaqda ittiham etdi. Rusiya XİN isə dərhal işə qarışaraq bəyan etdi ki, Makedoniyada hökumət əleyhinə kompromatları xarici xüsusi xidmət orqanları ötürüb. Şübhə yox idi, Rusiya XİN ABŞ xüsusi xidmət orqanlarını nəzərdə tuturdu. Rəsmi Moskva xəbərdarlıq edirdi ki, bu cəhdlər Makedoniyada daxili sabitliyi poza və etnik qarşıdurmanı yenidən alovlandıra bilər.
Növbəti dəfə aprelin 21-də Kosovo Azadlıq Ordusunun geyimində olan yaraqlılar sərhədyanı Kumanovo qəsəbəsinə hücum edəndə Rusiya XİN Makedoniyada “kəskin etnik problemlərin” qaldığını bəyan etdi. Moskva bildirdi ki, Makedoniya hökumətinin ölkədə qayda-qanun yaratmaq cəhdlərini dəstəkləyir.
Daha sonra müxalifətin mitinq hazırlıqlarını şərh edən Rusiya XİN Qərbin dəstəklədiyi QHT-lərin və müxalifətin Makedoniyada “rəngli inqilab” hazırladığı haqda xəbərdarlıq etdi. Rəsmi Moskva Makedoniyada hakimiyyət dəyişikliyinə qarşı çıxdı. ABŞ isə Makedoniya müxalifətinə açıq dəstəyini ifadə etdi.
Əslində ilk dəfə deyil ki, ABŞ Rusiya ilə həlledici geosiyasi çəkişmədə “rəngli inqilab” texnologiyasını işə salır. 2013-cü ildə Ukrayna hakimiyyəti Avropa İttifaqı ilə Assosiasiya sazişinin imzalanmasını təxirə salanda və ölkənin daha bir müddət Rusiyanın iqtisadi təsir zonasında qalmasına razılıq verəndə Kiyevdə “avromaydan” proseslərinin başladığını heç kim unutmayıb. Bu proseslərin nəticəsi isə Ukraynanın bölünməsi, iqtisadiyyatının dağılması və müharibə oldu. İndi analoji proseslər Balkanlarda, Makedoniyada başlayıb.
Makedoniya Azərbaycan qazının da potensial alıcılarından biridir. Aprel ayında Makedoniya prezidenti Georgi İvanov Bakıya səfər edib və bildirib ki, ölkəsi Transadriatik Qaz Kəməri layihəsinə qoşula bilər. “TAP-a qoşulmaqla bağlı hələlik biz konkret təklif almamışıq. Lakin biz bu layihəyə qoşulmaq niyyətindəyik”, – deyə G. İvanov bildirib.

 

Previous Post

Qaz müharibələri: ABŞ Makedoniyada “rəngli inqilab” başlatdı

Next Post

İŞİD qadınların evdən çıxmasını qadağan etdi

Bənzər yazılar

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

Özbəkistan daha iki atom elektrik stansiyası tikməyi planlaşdırır

16 Oktyabr 2026 - 23:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkədə ikinci və üçüncü atom elektrik stansiyalarının tikintisi planlarını açıqlayıb. Elchi.az -ın məlumatına görə, o, bu...

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

Meksika sahillərində “Trudi” qasırğası saatda 195 kilometrə çatıb

16 Oktyabr 2026 - 21:12

"Trudi" qasırğası bu gün sürətlə güclənib, saatda 195 kilometrə çatıb. Proqnozlara görə, o, həftəsonu Meksikanın Sakit okean sahillərinə yaxınlaşacaq və...

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

İsveç qışda Ukrayna əhalisinə dəstək məqsədilə 52,3 milyon dollar ayıracaq

16 Oktyabr 2026 - 21:10

İsveç 2026-cı ildə mülki əhaliyə dəstək məqsədilə Ukraynaya 522 milyon kron (52,3 milyon dollar) məbləğində yardım paketi ayırır. Elchi.az xəbər...

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb

16 Oktyabr 2026 - 21:08

Keniya Səhiyyə Nazirliyi bu gün ölkədə Ebola virusuna üçüncü yoluxma halını təsdiqləyib. Bu barədə Elchi.az "Xinhua"ya istinadən xəbər verir. Xəstələnən...

Next Post

İŞİD qadınların evdən çıxmasını qadağan etdi

İŞİD qadınların evdən çıxmasını qadağan etdi

Son xəbərlər

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

Ronaldo yeni biznesinə 10 milyon avro sərmayə qoydu

17 Oktyabr 2026 - 13:59
Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

Bakıda keçirilən NATO təlimi başa çatdı – FOTO/VİDEO

17 Oktyabr 2026 - 13:41
Hakan Fidan misirli həmkarı ilə görüşdü

Hakan Fidan misirli həmkarı ilə görüşdü

17 Oktyabr 2026 - 13:23
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 - 13:10
Sabah 31 dərəcə isti olacaq

Sabah 31 dərəcə isti olacaq

17 Oktyabr 2026 - 12:56
Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində hərəkət məhtudlaşdırılacaq

17 Oktyabr 2026 - 12:48
Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib

17 Oktyabr 2026 - 12:15
Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

17 Oktyabr 2026 - 12:02
Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

Səudiyyə Ərəbistanı sahillərində naməlum mərmi ilə tanker vurulub

17 Oktyabr 2026 - 11:39
Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

17 Oktyabr 2026 - 11:21
9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

9 ayda əlilliyi olan 115 min şəxsə reabilitasiya xidmətləri göstərilib

17 Oktyabr 2026 - 11:10
FIFA Türkiyə klubuna transfer qadağası qoydu

FIFA Türkiyə klubuna transfer qadağası qoydu

17 Oktyabr 2026 - 10:56
Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Azərbaycanda bu il avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

17 Oktyabr 2026 - 10:54
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

17 Oktyabr 2026 - 10:42
Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

Əmtəə bazarlarında qızıl 4 200 dollardan aşağı səviyyədə ticarət olunur

17 Oktyabr 2026 - 10:30
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.