Qax rayonunun Sarıbaş kəndinə 1 metrə yaxın qar yağıb.
Elchi.az Report-a istinadən xəbər verir ki, axşam saatlarından etibarən Azərbaycanda hava şəraiti dəyişib, havanın temperaturu aşağı düşüb.
Bəzi ərazilərdə güclü külək əsməyə və yağış yağmağa, bəzi ərazilərdə isə qar yağmağa başlayıb.
Hazırda ölkədə müşahidə olunan soyuq hava şəraiti davam edir.
Belə ki, dünən axşamdan yağmağa başlayan güclü qar nəticəsində Sarıbaş kəndi ərazisində qarın hündürlüyü 95 sm-ə çatıb.
Qeyd edək ki, Sarıbaş kəndi Azərbaycanın 3 ən ucqar, Qaxın isə ən ucqarda yerləşən kəndidir. Kənd dəniz səviyyəsindən 1800 metr yüksəklikdədir.
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil
Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...





















Son şərhlər