QAT-da cəbhədəki vəziyyət müzakirə olunur (FOTO)
Qarabağ Azadlıq Təşkilatının ofisində təşkilatın idarə heyətinin üzvlərinin və keçmiş Qarabağ döyüşçülərinin
iştirakı ilə son günlərdə cəbhədə baş verən hadisələrlə bağlı fövqəladə toplantı keçirilir . Tədbirdə hərbi ekspert Üzeyir Cəfərov, Camal Əhmədov, Nurəddin Xoca və başqa döyüşçülər və QAT fəalları iştirak edirlər. Toplantı Azərbaycan himninin oxunması və ölən şəhidlərimizin ruhunu1 dəqiqəlik sükutla yad etmə ilə başladı.

İlk olaraq, çıxış edən Akif Nağı tədbirin mahiyyəti barədə iştirakçılara məlumat verdi. Ardınca çıxış üçün söz hərbi ekspert Üzeyir Cəfərova verildi. O, son günlərdə cəbhədə baş verənləri araşdırdığını və bu işdə ordumuzun rəhbərliyininin birbaşa günahının olduğunu bildirdi: “Sərhəddə baş verən hadisələrin başında Hikmət Mirzəyev, Zakir Həsənov və Nəcməddin Sadıqov durur. Şəhidlərimizin ölümündə onların birbaşa əlaqəsi var. Bizə məlumatlar gəlir ki, etdikləri səhvləri yumaq üçün orduya əmr veriblər. Nəticədə kortəbii şəkildə əmrə tabe olan xalqın övladları şəhid oldu. 3gün keçib, hələ ölkə rəhbərliyi başsağlığı verməyib. Bu nə deməkdir? Necə olur ki, 3 gün ərzində otaqda ölən Ələkbər Məmmədova anında başsağlığı verilir, amma şəhidlərimizə yox. Bu, onların ruhuna hörmətsizlikdir. Bu hakimiyyət heç vaxt Qarabağı azad etməyəcək, yaxud müharibəyə getməyəcək. Çünki qarşıdan 2014 olimpiya oyunları, 2016 dünya şahmat olimpiadası və 2017 atletika üzrə dünya çempionatı keçiriləcək. Bu yarışlar olan ölkələrdə müharibə ola bilməz”.
Daha sonra çıxış edən Nürəddin Xoca Üzeyirin Cəfərovun fikirləri ilə razı olduğunu qeyd etdi.
Camal Əhmədov isə Azərbaycanın müharibəyə başlamalı olduğunu bildirib.
Tədbirdə hazırda qızğın müzakirələr aparılır. Sonda bəyanat qəbul olunacağı gözlənilir.

