Qarlı hava: Bakıda 50 qəza…

47

Bakıda yanvarın 9-da 35, yanvarın 10-da isə 15 yol qəzası baş verib.

Elchi.az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli bildirib.

O vurğulayıb ki, qeyd edilən 50 hadisənin heç birində ölüm faktı qeydə alınmayıb, onların hamısı maddi ziyanla yekunlaşıb.

Qeyd edək ki, dünəndən Bakıda qarlı hava şəraiti müşahidə olunur.