Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, Ukraynada mövcud vəziyyətin hökm sürdüyü bir şəraitdə Gürcüstan hakimiyyəti öz xalqının və ölkəsinin maraqlarından çıxış edəcək.
Elchi.az bu barədə “Sputnik Gürcüstan”-a istinadən xəbər verir.
“Ukraynada, regionda və bütün dünyada yaranmış vəziyyət daha gözlənilməz xarakter alıb. Bizim əsas problemimiz ölkəmizin mənafeyini qorumaq olub və olacaq. Bu, ölkəmiz və xalqımız üçün lazımdır. Biz yalnız belə qərarlar qəbul edib həyata keçirəcəyik”, – Qaribaşvili jurnalistlərə bildirib.
Eyni zamanda, o, qeyd edib ki, Ukraynada vəziyyət tərəflərin danışıqlar masası arxasına əyləşməyə çalışmaması səbəbindən pisləşir.
Yeganə