Qaribaşvili: “Sanksiyaların tətbiqi iqtisadiyyatımızı məhv edəcək”

115

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Qətər İqtisadi Forumunda iştirak edib.

Elchi.az-ın TASS.ru-ya istinadən xəbərinə görə, nazir çıxışı edərkən bildirib ki, ölkənin anti-Rusiya iqtisadi sanksiyalarına qoşulması Gürcüstanın milli maraqlarına ciddi ziyan vuracaq və iqtisadiyyatını məhv edəcək.

Onun sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında bir il ərzində ticarət dövriyyəsi bir milyard dollara yaxındır. Qaribaşvili qeyd edib ki, Avropa İttifaqına (Aİ) daxil olan ölkələr bir neçə gün ərzində Rusiya Federasiyası ilə ticarətdə belə bir göstəriciyə çatırlar.

Nazirin sözlərinə görə, 2008-ci ildə baş verən münaqişədən sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq etməyib və iqtisadi əlaqələri davam etdiriblər.

“Gürcüstan anti-Rusiya sanksiyalarına qoşulacağı təqdirdə, ölkəmizin iqtisadiyyatı məhv olacaq. Digər şeylərlə yanaşı, Gürcüstanın milli maraqlarına ciddi ziyan dəyəcək”, –deyə Qaribaşvili vurğulayıb.

Yeganə