Qaribaşvili: “Azərbaycanla münasibətlər zamanın sınağından çıxıb”

39

“Azərbaycanla Gürcüstan arasında münasibətlər zamanın sınağından çıxıb”.

Elchi.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Ümumdünya İqtisadi Forumunun illik toplantısında deyib.

“Biz birlikdə çox mühüm və tarixi layihələr həyata keçirmişik, birgə neft və qaz kəmərləri çəkmişik. İndi biz Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzərində işləyirik və bu, son hədd deyil”, – o vurğulayıb.

İ.Qaribaşvili əlavə edib ki, Gürcüstan Azərbaycanla birgə müxtəlif təşəbbüslər üzərində çalışır.

Orta Dəhlizin əhəmiyyətini şərh edən Baş nazir Ukraynada müharibə başlayandan bu layihəyə diqqətin daha da artdığını vurğulayıb:

“Bu dəhliz Asiyanı Avropa ilə birləşdirən ən qısa marşrutdur. Beləliklə, bu marşrutla Çindən Gürcüstana qatar 15, maksimum 20 günə çatır”, – hökumət başçısı qeyd edib.

O, dəhlizin böyük potensiala malik olduğunu bildirib.