Qarda sürüşərək xəsarət alanların sayı açıqlandı

51

Qarlı hava şəraiti ilə əlaqədar yıxılma səbəbi ilə TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 63 (31-i qadın, 32-si kişi olmaqla) müraciət daxil olub.

Elchi.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Xəsarət alanlardan 60-ı aidiyyəti üzrə tibb müəssisəsinə hospitalizasiya olunub. İki nəfərə yerində ilkin tibbi yardım göstərilib. Bundan başqa, 1 nəfərə də yerində ilkin tibbi yardım göstərilib və tibb müəssisəsinə yerləşdirilməkdən imtina edib.

Qeyd edək ki, müraciətlər əsasən diz, çanaq, bilək, topuq, çiyin və əl nahiyələrinin travmaları ilə bağlı olub.

Xəsarət alanlardan 5-i uşaq, digərləri isə 20-85 yaş aralığında şəxslər olublar.