"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13
in KÖŞƏ YAZILARI, SEÇMƏ XƏBƏRLƏR, XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Gəncədə beşaylıq körpə ölüb

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar da deyil. Məğribin, keçmiş fransız Afrikasının kolonial keçmişi üzərində triumfunu gözləyirdilər. Bir az irəli gedib, “Mərakeş 1956-cı ildən sonra Fransanı ikinci dəfə məğlub edəcək” deyənlər də vardı. Nəticə gözləntilərə uyğun deyil-hesab 2:0 Fransa yığmasının xeyrinə oldu.

Amma Mərakeşin bu çempionatdakı iştirakı bütün hallarda uğurludur. İlk dəfə bir ərəb və Afrika klubu bu qədər uğurlu performans göstərə, yarımfinala qədər yüksələ bilib.

Mərakeşin tanınması baxımından da çempionatın düşərli olacağını söyləmək olar.

Adətən, Mərakeş faunası deyiləndə əvvəllər zərərvericililər-periodik olaraq Afrika və Asiyada əkinləri məhv edən Mərakeş çəyirtkəsi yada düşürdü. İndi Mərakeş yığmasının simvolu olduğundan dünya yüz il əvvəl kökü kəsilmiş Atlas aslanları (Şimali Afrika dağ şirləri) ilə də maraqlanmağa başladı. “Google”da müxtəlif dillərdə “Atlas aslanı” söz birləşməsi üzrə aramalar öndə gələnlər içərisindədir.

Fransa ilə mürəkkəb münasibətlər sistemi bu matç ərəfəsi gedən qəribə psixoloji savaşla yenə özünü göstərdi: bu, yalnız kolonial keçmişlə də bağlı deyil, Paris-Rabat əlaqələri son illər ziqzaqvari inkişaf edir, “ərəb baharı”ndan sonra xeyli gərginliklər də müşahidə olunur. Bəzi ekspertlərin Fransanın Afrikanı, müsəlman Şərqini yenidən nəzarətə almaq üçün apardığı hibrid müharibə kimi dəyərləndirdiyi “ərəb baharı” digər Məğrib ölkəsində- Tunisdə başlamış, başqa bir Məğrib ölkəsində Liviyada hələ də bitməyən vətəndaş müharibəsinə gətirib çıxarmışdı.

Mərakeşin təbii sərvətləri, coğrafi mövqeyi, ABŞ -la (NATO-dan kənar ən yaxın müttəfiq statusu), Avropa İttifaqı ilə malik olduğu xüsusi əlaqələrə görə digər Məğrib ölkələrindən daha çox cəlbedicidir. Üstəlik, böyük etnik azlığa malik olması və Qərbi Səhranın mərkəzi hakimiyyəti qəbul etməyən yerli səhra bədəvilərinin müəyyən dövr silahlı mübarizə aparması üzündən ölkə daxilində kifayət qədər həssas, manipulyasiyalara açıq əhali kütləsi var. Qərbi Səhra üzərində Mərakeşin suverenliyi Avropa dövlətləri və beynəlxalq qurumlar tərəfindən indi də mübahisələndirilir, əsas etnik azlıq olan hami-bərbər əhalisinin dil hüquqları uğrunda mübarizəsi Avropadakı (əsasən Fransa, Belçika və Skandinaviya ölkələrində) diasporun dəstəyi ilə bəzən nəzarətdən çıxma təhlükəsi yaradırdı. Amma Mərakeş o qasırğadan qurtula bildi. Baxmayaraq ki, yerli bərbər dillərindən birinə rəsmi status verildi, həm də o dilin daşıyıcıları qədim tifinaq əlifbasını da bərpa ediblər.

Yeri gəlmişkən, “ərəb baharı” və Bakıda Avroviziya müsabiqəsi eyni vaxta təsadüf edirdi. Yarışın qalibi Mərakeş-bərbər əsilli İsveç nümayəndəsi Lorin (Zeynəb Nora Təlhavi) olmuşdu. O zaman Lorinin final çıxışından imtina etməsi, mətbuat konfranslarında hansısa siyasi çıxışlar etməsi, beləcə Azərbaycan əleyhinə “Sing For Democracy” kampaniyasına dəstək verməsi, ya da Mərakeşdəki bərbərləri inqilaba səsləməsi üçün çoxsaylı çağırışlar var idi. O gəldi, oxudu və heç bir kampaniyaya da qatılmadı. Qurulan oyunları pozub Azərbaycanın və tarixi Vətəninin ünvanına xoş sözlər dediyinə görə xeyli qınandı da.

Futbol idman növləri içərisində yalnız kütləviliyə görə deyil, həm də güclü sosial inteqrasiya gücünə görə fərqlənir. Hərdən yarızarafat, yarıgerçək deyirlər ki, Argentinanı iki simvol birləşdirir-tanqo və futbol. Xüsusən 90-cı illərin sonlarında başlamış iqtisadi böhran dövrü Argentinanın bütövlüyünün qorunmasında, separatizmin qarşısının alınmasında milli komandanın dünya çempionatlarındakı uğurlarının da rolu olduğu deyilir. Mərakeş yığmasının çempionatdakı uğurlu iştirakı da, təxminən eyni effektlidir- sami-hami mənşəliləri (ərəbləri və bərbərləri) yenidən, kolonial keçmişdə olduğu kimi Avropaya qarşı bir cəbhədə birləşdirə bildi: hələlik futbol meydançalarında və azarkeş tribunalarında.

Fransa futbolu ilə bağlı 90-cı illərdən bəri çox populyar bir lətifə var. Hər dəfə hansısa Afrika klubu ilə oyunu uduzanda deyirlər ki, qaradərililər qaradərililərə qarşı oynadı, amma məğlub fransızlar oldu. Çünki o illərdən bəri Fransa klublarının, xüsusən yığmasının əsas heyətində qaradərililər çoxluq təşkil edir. Bu dəfə “fərqli oldu” deyə bilərik- qaradərililər qarabuğdayılara (ərəb və bərbərlər) qarşı oynadı. Fransızlar qalib oldu, məğriblilər də məğlub deyil. Qələbədən sonra Yelisey sarayı qarşısında yaranmış qələbəliksə diqqətimi xüsusi çəkdi – nə Marselyoza oxuyan vardı, nə “Fransa” çığıran, kütlə “bir, iki, üç – yaşasın Əlcəzair!” şüarı qışqırırdı. Sanki iki Məğrib ölkəsi bir-birinə qarşı oynayıbmış.

Bu çempionatın bir faydası da o oldu ki, azərbaycanlılar bundan sonra Mərakeşin yalnız fəsin (Osmanlıda işlənmiş kişi baş geyimi) və Jadenin (“Klon” serialının baş qəhrəmanlarından biri, Azərbaycan dublyajında ad “Hade” kimi gedir) Vətəni kimi tanımayacaq. Ən azı, buna ümid edirik.

Cəmaləddin Quliyev

Previous Post

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Next Post

“60 min uşağa öz fənnini bilməyən müəllimlər dərs deyir” – Nazir

Bənzər yazılar

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08

Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti tərəfindən Nazirliyin əməkdaşlarının sağlamlıq vəziyyəti daim diqqətdə saxlanılır. Bu məqsədlə, Xidmət tərəfindən təkcə Bakı şəhərində...

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. Elchi.az...

Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55

Gəncədə beşaylıq körpə ölümü qeydə alınıb. "Report"-ın məlumatına görə, Gədəbəy rayon sakini 2026-cı il təvəllüdlü X. Məmmədova ağır vəziyyətdə Gəncə Birləşmiş...

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə...

Next Post
“60 min uşağa öz fənnini bilməyən müəllimlər dərs deyir” – Nazir

“60 min uşağa öz fənnini bilməyən müəllimlər dərs deyir” – Nazir

“60 min uşağa öz fənnini bilməyən müəllimlər dərs deyir” – Nazir

“60 min uşağa öz fənnini bilməyən müəllimlər dərs deyir” – Nazir

Son xəbərlər

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

“Barselona” ilə oyun zamanı futbolçunun evinə oğrular girdi

24 Oktyabr 2026 - 13:19
Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

Sabah şimşək çaxacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq

24 Oktyabr 2026 - 12:40
Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

Rusiyanın Oryol şəhərinə hücum nəticəsində üç nəfər ölüb

24 Oktyabr 2026 - 12:16
Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır – FOTO/VİDEO

24 Oktyabr 2026 - 12:08
Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07
Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

Zelenski: Ukrayna işğal olunmuş əraziləri Rusiyanın tərkib hissəsi kimi tanımayacaq

24 Oktyabr 2026 - 12:01
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.