Bu il orqan transplantasiyasının tibbi xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulub.
Elchi.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsləhətçisi Nigar Hüseynova deyib. Onun sözlərinə görə, bura qaraciyər, böyrək və sümük iliyinin transplantasiyası əməliyyatları daxildir.
“Bu il tibbi xidmətlər zərfini genişləndirmək üzərində işləyirik. Yeni xidmətlər zərfində koxlear implantasiya və endoprotezlərin limitinin artırlıması, eyni zamanda, koxlear implantasiya üçün yaş həddinin uzadılması gözlənilir”.