“Qarabağ”ın oyunu- Rusiya NTV-sində
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın keçirəcəyi “Sent Etyen”lə keçirəcəyi ev oyunu
Azərbaycan və Fransa telekanalları ilə yanaşı, Rusiya TV-sində də canlı yayımla nümayiş etdiriləcək.
“Qafqazinfo” qol.az-a istinadən xəbər verir ki, Avroliqanın görüşlərinin yayım hüququnu alan NTV Ağdam təmsilçininin sözügən matçını yayımlamaq qərarı verib. “Qarabağ” – “Sent Etyen” oyunu sentyabrın 18-i, saat 21.00-dan etibarən NTV Plyus qrupuna daxil olan “NTV Sport Soyuz” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Artıq bu matç telekanalın proqramına daxil edilib.
Bundan başqa, həmin gecə saat 03.55-də “NTV futbol 2”, “NTV Futbol 2 HD”, sentyabrın 19-u saat 15.30-dan etibarən isə “NTV Sport Xit”, “NTV Sport Xit HD” kanallarında “Qarabağ” – “Sent Etyen” matçının videoyazısı təqdim olunacaq.
