Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Bunu AFFA-nın mətbuat xidməti məlumat yayıb.
FİFA tərəfindən ilk dəfə Bakıda təşkil olunacaq “FİFA series – Edition 2024” layihəsində mübarizə aparacaq yığmanın futbolçusu Aleksey İsayev heyətdən çıxarılıb. Buna “Qarabağ”ın yarımmüdafiəçisinin zədələnməsi səbəb olub.