Dünyada elə bir ölkə olmayıb və yoxdur ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımasın.
Elchi.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.
O xatırladıb ki, Praqa görüşünün yekunlarına əsasən, Ermənistan və Azərbaycanın 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birilərinin ərazi bütövlüyünün tanınması barədə razılıq əldə ediblər.
Hökumət başçısı qeyd edib ki, Ukrayna hadisələri kontekstində yeni dünya nizamı uğrunda böyük mübarizə gedir:
“Və bu yeni dünya nizamında biz sülh üçün gündəm seçirik”.
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti
XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz...





















Son şərhlər