"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Qarabağdan Əliyev və Mirziyayevə müraciət olundu

27 Noyabr 2023 - 19:35
in SİYASƏT
FacebookVatsap

Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Füzulidə keçirilən Azərbaycan-Özbəkistan Qeyri-Hökümət təşkilatlarının Əməkdaşlıq Forumunda hər iki ölkənin dövlət başçılarına birgə müraciət ünvanlayıblar.

Bunu da oxuyun

Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

“Bakı şəhərində 18 Oktyabr Parkı salınmalıdır” – ƏHD Partiyasından çağırış

“Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir” – BƏYANAT

Elchi.az xəbər verir ki, müraciəti Davam Gənclər Hərəkatının sədri Nihad Allahyarlı səsləndirib.

“Biz – Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri hər iki qardaş ölkənin dövlət başçılarına – Türk dünyasının nəhəng şəxsiyyətləri olan Prezident İlham Əliyevə və Prezident Şövkət Mirziyayevə Qarabağdan müraciət etməkdən bəxtiyarlıq duyuruq.

30 ilə yaxın xarabalığa çevrilmiş, tamamilə dağıdılmış Qarabağ torpaqları indi cənnətə çevrilir. Qısa müddətdə görülmüş genişmiqyaslı, nəhəng işlər bütün türk dünyasını fərəhləndirir.

Sizlərə müraciəti qəbul etdiyimiz məkan da simvolikdir. Füzulidə özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan təhsil ocağı eyni zamanda Özbəkistan və Azərbaycanın daha bir dostluq və qardaşlıq mərkəzidir. Qarabağın bərpası və quruculuğu işinə Özbəkistanın hədiyyəsi olan bu məktəb həmrəyliyimizin parlaq nümunəsidir. Təsadüfi deyil ki, ilk dəfə keçirilən Azərbaycan və Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu da məhz bu mərkəzdə baş tutub.

Bu gün bütün dünya Özbəkistan və Azərbaycanın dostluğuna, birliyinə, bütün beynəlxalq platformalarda bir-birini necə müdafiə etməsinə şahiddir. Tarixdə heç vaxt Azərbaycan-Özbəkistan münasibətləri bu cür yüksək səviyyədə olmayıb. Bu, məhz Sizlərin xidmətidir – cənab Prezident İlham Əliyev və cənab Prezident Şövkət Mirziyayev!

Biz – hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, bu şəxsi nümunəyə, böyük əməyə, Türk dünyasının güclənməsi, Azərbaycan və Özbəkistanın inkişaf etmiş dövlətlərə çevrilməsi naminə tarixi fəaliyyətinizə görə Sizlərə sonsuz təşəkkür edirik!

Məhəmməd Füzulinin uzun əsrlərdən bəri Özbəkistanda qorunub saxlanan əlyazmalarından birini 2022-ci ildə Daşkənddə Özbəkistan Prezidenti Azərbaycan Prezidentinə hədiyyə etdi. Dahi mütəfəkkir-şair Məhəmməd Füzulinin adını daşıyan Füzuli rayonunda bu hadisəni xatırlamamaq mümkün deyil. Qədirbilən özbək xalqı özbək ədəbiyyatının və poeziyasının banisi Əlişir Nəvainin böyük Nizami Gəncəvinin əsərlərindən ilham almasını, onu “şairlərin şahı” adlandırmasını unutmur.

Özbəkistan və Azərbaycanı çoxəsrlik tarix, ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyət, dil birləşdirir. Biz – hər iki ölkənin vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, bu möhkəm bünövrə üzərində münasibətləri öz səviyyəmizdə daha da inkişaf etdirmək, genişləndirmək əzmini ifadə edirik. Azərbaycan və Özbəkistan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu bir-birimizi daha yaxından tanımaq fürsəti verməklə, ortaq fəaliyyəti təşkil etmək, irəli aparmaq üçün körpü rolunu oynadı.

Bu gün Azərbaycan və Özbəkistan dünyamiqyaslı güclü siyasi liderlərinə görə sülh və sabitlik adası kimi sürətlə inkişaf edir. Dünyanın müxtəlif regionlarındakı qanlı hadisələri, toqquşmaları, sonu görünməyən müharibələri ürək ağrısı ilə izləyirik. Bizim ölkələrimiz də bu fəlakətlərə düçar ola bilərdi. Ancaq Azərbaycan və Özbəkistan xalqları müdrik seçimlərində yanılmadılar, onlar ölkələrinin taleyini ancaq Prezident İlham Əliyevə və Prezident Şövkət Mirziyayevə etibar etdilər.

Biz Özbəkistan və Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri olaraq, Sizlərə üz tutaraq bildirmək istəyik ki, apardığınız siyasəti tam müdafiə edirik, Sizlərin yanındayıq!

Biz Azərbaycanı sevirik! Biz Özbəkistanı sevirik!

Yaşasın Özbəkistan-Azərbaycan dostluğu, qardaşlığı!”.

Previous Post

Qarabağdan Əliyev və Mirziyayevə müraciət olundu

Next Post

Qazaxıstan üçün əsas prioritet budur – Tokayev

Bənzər yazılar

Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

15 Oktyabr 2026 - 14:30

Separatçıların liderləri, müharibə cinayətkarları və uşaq qatilləri Azərbaycan məhkəməsi qarşısına gətirildilər. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev...

“Bakı şəhərində 18 Oktyabr Parkı salınmalıdır” – ƏHD Partiyasından çağırış

“Bakı şəhərində 18 Oktyabr Parkı salınmalıdır” – ƏHD Partiyasından çağırış

15 Oktyabr 2026 - 13:43

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Elchi.az xəbər verir ki, iclasda respublikada və dünyada baş verən...

“Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir” – BƏYANAT

“Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir” – BƏYANAT

15 Oktyabr 2026 - 13:35

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Elchi.az xəbər verir ki, iclasda məktəbli geyimi və dini etiqad...

İsrail Prezidenti: Əməkdaşlıq sahəsində boykot üçün yer yoxdur

İsrail Prezidenti: Əməkdaşlıq sahəsində boykot üçün yer yoxdur

15 Oktyabr 2026 - 13:16

“İsrail xalqının da Asiya bölgəsinə töhfə vermək üçün kifayət qədər resursu var”. Elchi.az xəbər verir ki, bunu İsrail Dövlətinin Prezidenti...

Next Post
Qazaxıstan üçün əsas prioritet budur – Tokayev

Qazaxıstan üçün əsas prioritet budur - Tokayev

Qazaxıstan üçün əsas prioritet budur – Tokayev

Qazaxıstan üçün əsas prioritet budur - Tokayev

Son xəbərlər

Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

Bu, Nürnberq tribunalının analoqu idi – Prezident

15 Oktyabr 2026 - 14:30
Kredit götürüb işsiz qalanlar üçün yenilik

Kredit götürüb işsiz qalanlar üçün yenilik

15 Oktyabr 2026 - 14:14
Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

Azərbaycanda dərslərin başlama saatı dəyişdirilə bilər

15 Oktyabr 2026 - 14:07
Pentaqon pilotsuz təyyarələrin kütləvi istehsalına başlamaq istəyir

Pentaqon pilotsuz təyyarələrin kütləvi istehsalına başlamaq istəyir

15 Oktyabr 2026 - 14:00
Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

Kartdan-karta pul köçürmələri üzrə limitlər… – AMB

15 Oktyabr 2026 - 13:51
“Bakı şəhərində 18 Oktyabr Parkı salınmalıdır” – ƏHD Partiyasından çağırış

“Bakı şəhərində 18 Oktyabr Parkı salınmalıdır” – ƏHD Partiyasından çağırış

15 Oktyabr 2026 - 13:43
Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu

Məktəb mühafizəçisinə hücum edənlər həbs olundu

15 Oktyabr 2026 - 13:42
Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

15 Oktyabr 2026 - 13:41
“Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir” – BƏYANAT

“Hamı diqqətini daha çox iqtisadi islahatların zəruriliyinə yönəltməlidir” – BƏYANAT

15 Oktyabr 2026 - 13:35
“Heç vaxt bu qədər çətin vəziyyətdə olmamışıq” – Pezeşkian

“Heç vaxt bu qədər çətin vəziyyətdə olmamışıq” – Pezeşkian

15 Oktyabr 2026 - 13:30
İsrail Prezidenti: Əməkdaşlıq sahəsində boykot üçün yer yoxdur

İsrail Prezidenti: Əməkdaşlıq sahəsində boykot üçün yer yoxdur

15 Oktyabr 2026 - 13:16
Azərbaycan böyük iş görür – Tokayev

Azərbaycan böyük iş görür – Tokayev

15 Oktyabr 2026 - 13:08
Qrenlandiya Trampın bu iddiasını RƏDD ETDİ

Qrenlandiya Trampın bu iddiasını RƏDD ETDİ

15 Oktyabr 2026 - 13:00
Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

Paşinyan ərazi mübadilələrinin tarixini açıqladı

15 Oktyabr 2026 - 12:53
Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

15 Oktyabr 2026 - 12:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.