Hərbi jurnalist Asəf Quliyev son günlər Qarabağda cərəyan edən proseslər barədə məlumat verib.
Elchi.az xəbər verir ki, jurnalist bu barədə FB hesabında bildirib:
“Qarabağda maraqlı proseslər gedir:
-Ceyhun Bayramov reinteqrasiya məsələlərinin gündəlikdə olduğunu deyir.
-Ararat Mirzoyan Bakının Qarabağ erməniləri ilə müzakirələri imkanları barədə danışır.
-Araik Arutunyan Ruben Vardanyana dövlət naziri vəzifəsini təklif edir.
-Samvel Babayan Qarabağ erməniləri ilə görüşlər keçirir.
-Paşinyan sülh gündəminə sadiq qalacağını bildirir.
-İlham Əliyev Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduğunu deyir.
P.S. Azərbaycan-Ermənistan sərhədində demək olar ki, hər gün atəşkəs pozulması qeydə alınsa da Qarabağda hərbi baxımdan sakitlikdir”.
Yeganə