Qarabağ Universiteti Xankəndidə yerləşəcək

🗓 06.02.2024 22:00 ✍️ "Elçi" qəzeti
Qarabağ Universiteti Xankəndidə yerləşəcək

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək. Elchi.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi Qarabağ Universitetinin Nizamnaməsində əksini tapıb. Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır: - bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması; - magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrı-ayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi; - doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi; - orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi; - elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.

Bənzər yazılar