“Qarabağ” UEFA Çempionlar Liqasının təsnifar mərhələsindəki ilk ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməyəcək.
Elchi.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb arenada əsas təmirli işlərinin aparılmasıdır. “Köhlən atlar” rəqiblərini başqa arenada, daha doğrusu, ölkə çempionatında ev oyunlarını keçirdiyi, 5800 nəfər tamaşaçı tutumuna malik “Azərsun Arena”da qəbul edəcək.
Bunu “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə də təsdiqləyib. Saytımıza açıqlama verən klub rəsmisi bunları deyib:
“Çempionlar Liqasının təsnifat mərhələsindəki ilk iki oyunumuzu “Azərsun Arena”da keçirə bilərik. Tofiq Bəhramov adına Respublika stadionda ot örtüyü yenilənəcək. Ot örtüyü tamamilə yenilənir. Drenaj sistemi və lazım olan bütün yeniləmələr aparılır. Stadionun təsnifat mərhələsinin oyunlarına hazır olmama ehtimalı var. Bizim arenamız – “Azərsun Arena” iki ulduzludur və ilk iki mərhələnin tələblərinə cavab verir. Biz ilk iki oyunu burada oynaya bilərik”.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionar Liqasının birinci təsnifat mərhələsindən mübarizə başlayacaq Mərhələnin ilk oyununu 11 və ya 12 iyulda baş tutacaq. Cavab görüşü isə bir həftə sonra keçiriləcək.
“Mançester Yunayted” FIFA-ya şikayət etməyi planlaşdırır
İngiltərənin "Mançester Yunayted" komandası 16 yaşlı hücumçu Cey-Cey Qabrielin klubdan ayrılması ilə bağlı FIFA-ya şikayət etməyi nəzərdən keçirir. Elchi.az xəbər...





















Son şərhlər