"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Qarabağ qaziləri nazirliyin qarşısında ETİRAZ EDİR

02 İyun 2022 - 12:12
in HADİSƏ
FacebookVatsap

Bunu da oxuyun

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Xəzərdə zəlzələ olub

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

Bu gün bir qrup qazi etiraz məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşıb.

Elchi.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Onlar nazirliyin binasına daxil olaraq etirazlarını bildiriblər.

İlkin məlumata görə, qazilər əlillik təyinatının olmaması, əksər hallarda imtina cavabı almaları, əyani müayinənin aparılmamasından, komissiyaya gec çağırılmalarından şikayətçidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov etirazçıların qarşısına çıxaraq açıqlama verib.

F.Talıbov deyib ki, Qarabağ qazilərinin və şəhid ailələrinin sosial təminatı daim diqqətdə saxlanılır:

“Qazilər mütəmadi olaraq nazirliyin rəhbər şəxsləri tərəfindən qəbul edilir. Bu gün də onların əlilliklə bağlı müraciətləri olub. Onların sağlamlıq vəziyyəti əlilik təyinatına əsas vermir. Əgər sizin sağlamlıq vəziyyətiniz əlillik təyinatına imkan vermirsə, burada qanundankənar hər hansı addım atmaq mümkün deyil. Bununla belə, hər bir müraciət qeydə alınacaq, araşdırılacaq və məlumat veriləcək. Qazilərin müraciətlərinə həssaslıqla yanaşılır. Onların problemləri mütəmadi şəkildə həll olunur. Vəziyyət araşdırılacaq”.

F.Talıbov jurnalistlərin “Nazirin bu olanlardan xəbəri varmı” sualına cavabında bildirib ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bütün günü iş başındadır:

“Bütün tədbirlər və Qarabağ qazilərinin əlillik məsələsi birbaşa nazirin xüsusi diqqətindir. Eyni zamanda, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsilə bağlı tədbirlər mütəmadi görülür. Qarabağ müharibəsində iştirak etmiş və yaralanmış 3 min şəxsə əlillik təyin edilib. Bu məlumatları nazirliyin rəsmi saytından da əldə edə bilərsiz”.

Şöbə müdiri əlavə edib ki, həmin şəxslər birinci növbədə hərbi həkim komissiyasına müraciət etməlidirlər.

“Hər bir vətəndaşın sivil qaydada etiraz etmək, müraciət etmək hüququ var. Əgər məhkəmə qərarı varsa, heç kim onu bu hüquqdan məhrum edə bilməz. Bu komissiya Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərir. Bunun müharibə ilə əlaqədar olub-olmadığı müəyyən edilir. Daha sonra İcbari Tibbi Sığorta Dövlət Agentliyi tərəfindən müvafiq şəkildə “forma 88” sənədi rəsmiləşdirilir. Son olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həmin sənədlər əsasında əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul edir. Qeyd edim ki, əlilik təyinatı bütün xəstəliklərə görə aparılmır. Bununla bağlı Nazirlər Kabinetinin də qərarı var”.

Previous Post

Qarabağ qaziləri nazirliyin qarşısında ETİRAZ EDİR

Next Post

Şəhidin 13 yaşlı qardaşı faciəvi şəkildə ÖLDÜ

Bənzər yazılar

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

24 Sentyabr 2026 - 11:45

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu...

Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

Xəzərdə zəlzələ olub

24 Sentyabr 2026 - 11:29

Xəzər dənizində zəlzələ olub. Bu barədə Elchi.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Bildirilib ki,...

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

24 Sentyabr 2026 - 10:39

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Neftayırma Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsi Bakı şəhəri, Nizami rayonunda yerləşən Heydər Əliyev...

Laçında dağlıq ərazidə yanğın olub – VİDEO

Laçında dağlıq ərazidə yanğın olub – VİDEO

24 Sentyabr 2026 - 09:44

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil...

Next Post
Şəhidin 13 yaşlı qardaşı faciəvi şəkildə ÖLDÜ

Şəhidin 13 yaşlı qardaşı faciəvi şəkildə ÖLDÜ

Şəhidin 13 yaşlı qardaşı faciəvi şəkildə ÖLDÜ

Şəhidin 13 yaşlı qardaşı faciəvi şəkildə ÖLDÜ

Son xəbərlər

Kriştianu Ronaldudan karyerasının sonu ilə bağlı açıqlama

Kriştianu Ronaldudan karyerasının sonu ilə bağlı açıqlama

24 Sentyabr 2026 - 12:21
Gürcüstanda zəlzələ oldu

Türkiyədə zəlzələ oldu

24 Sentyabr 2026 - 12:07
Pakistan Əfqanıstanda 10 nöqtəyə zərbə endirib

Pakistan Əfqanıstanda 10 nöqtəyə zərbə endirib

24 Sentyabr 2026 - 11:54
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

24 Sentyabr 2026 - 11:45
Pezeşkianın BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair məlumalar həqiqəti əks etdirmir

Pezeşkianın BMT-də çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalda olmamasına dair məlumalar həqiqəti əks etdirmir

24 Sentyabr 2026 - 11:38
Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

Xəzərdə zəlzələ olub

24 Sentyabr 2026 - 11:29
“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

Zelenski Ukraynaya raket tədarükü ilə bağlı problemi etiraf edib

24 Sentyabr 2026 - 11:20
“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

“Sabah”ın Çempionlar Liqasındakı 4 ev oyununa 104 620 bilet satılıb

24 Sentyabr 2026 - 11:13
Venesuelanın müvəqqəti prezidenti Rodriges: “Ölkədə demokratik keçid başlayıb”

Venesuelanın müvəqqəti prezidenti Rodriges: “Ölkədə demokratik keçid başlayıb”

24 Sentyabr 2026 - 11:02
AB və 51 ölkədən Rusiyaya atəşkəs çağırışı

AB və 51 ölkədən Rusiyaya atəşkəs çağırışı

24 Sentyabr 2026 - 10:53
Pensiya və müavinətlər bu tarixdə ödəniləcək – Rəsmi

Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq

24 Sentyabr 2026 - 10:45
FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

FHN Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirdi – VİDEO/FOTO

24 Sentyabr 2026 - 10:39
Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq

Formula 1-lə əlaqədar metroda iş saatı uzadılacaq

24 Sentyabr 2026 - 10:36
ABŞ-da super süni intellekt üçün 20 illik həbs cəzası təklifi

ABŞ-da super süni intellekt üçün 20 illik həbs cəzası təklifi

24 Sentyabr 2026 - 10:27
Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artırır

Gizli iltihab ürək tutması və insult riskini 43 faiz artırır

24 Sentyabr 2026 - 10:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.