"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Qarabağ müstəvisində yeni diplomatik həmlə

02 İyul 2015 - 09:28
in XƏBƏR LENTİ
FacebookVatsap

Qarabağ müstəvisində yeni diplomatik həmlə

Bunu da oxuyun

Bakıda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

“Sürünən müharibə” ehtimalının artması belə bir imperativi ortaya çıxarıb; Rusiyanın Ermənistanı itirməmək istəyi sülh perspektivinə əlavə təhlükələr vəd edir…

I Avropa Oyunları bitdikdən sonra Dağlıq Qarabağ probleminin gündəmə artıq öz əvvəlki “biçimində” qayıdacağı gözlənilir. Hər halda, beynəlxalq idman yarışı onsuz da unudulmaqda olan problemi daha arxa plana itələmişdi. Bəzi təhlilçilərə görə, oyunların yaratdığı məcburi taym-autun ardınca cəbhə bölgəsində vəziyyət qəfildən kəskinləşə də bilər.

 
Bu xüsusda düşmən tərəf artıq öz təlaşını ortaya qoyub. Ermənistanın müdafiə naziri Seyran Ohanyan bildirib ki, Avropa Oyunlarından sonra təmas xəttində Azərbaycan guya situasiyanı ağırlaşdıran addımlara gedə bilər. 
Əslində hazırda işğalçı ölkə daxilində hakimiyyət əleyhinə davam edən etiraz aksiyaları cəbhə xəttində yeni eskalasiyaları, yeni bir mini-müharibə riskini daha real edir. Çünki o halda Serj Sərkisyan rejimi daxili ictimai diqqəti xarici təhlükəyə yönəldib özünə qarşı təzyiqləri azaltmış olardı.
Ancaq hadisələrin bu cür inkişafı rəsmi İrəvan üçün əks-effekt də verə bilər. O baxımdan ki, yeni əsgər ölümləri Ermənistan rəhbərliyini daha çıxılmaz duruma salar. Üstəgəl, Rusiyanın Ermənistandakı etirazlarda özünü göstərən anti-Rusiya meyllərinə zərbə vurmaq üçün belə itkilərə zəmin yaradacağı istisna edilmir.
Artıq Moskvadan buna bənzər xəbərdarlıqlar səslənib. Rusiyalı politoloqlardan biri bildirib ki, İrəvanda vəziyyət nəzarətdən çıxsa, Moskva proseslərə daha fəal müdaxilə edəcək, Ermənistana Dağlıq Qarabağ məsələsi vasitəsilə təsir edəcək.
***
Bir şey dəqiqdir və Ermənistandakı proseslərə Rusiyadan olan reaksiyalar da bunu göstərdi ki, Kreml postsovet məkanındakı əsas forpostunu elə-belə əldən buraxmayacaq və lazım gəlsə, hətta yeni Qarabağ müharibəsinə stimul yaradacaq. Bu mənada rusiyalı deputatlardan birinin söylədiyi fikir də diqqətçəkicidir. Demişdi ki, “postsovet məkanında Rusiyanın faktiki, iki müttəfiqi var – Ermənistan və Belarus. Onu da Amerika əlimizdən almaq istəyir…”   
“The Wall Street Journal”ın bu mövzuda müşahidəsi də maraq kəsb edir. Jurnal Kremlin Ermənistandakı hadisələrə görə həyəcan içində olduğunu yazıb (axar.az). Qəzetin iddiasına görə, Sərkisyan Moskvanın yaxın müttəfiqidir və Kreml onun fəaliyyətsizliyindən narahatdır: “Ermənistan prezidenti və onu rusiyalı himayədarları artıq xalqın nə dərəcədə narazı olduğunu hiss edirlər. Kreml buna görə İrəvana hərbi yardım məqsədilə 200 milyon dollarlıq kredit verib. Moskva həmçinin rus əsgəri, qatil Permyakovu Ermənistan məhkəmələrinə təhvil verib. Putin üçün əsas olan Ermənistana qoyulan hərbi investisiyalardır. Gümrüdəki hərbi bazada 5 min əsgər var. Rusiya bunlarsız Xəzər dənizi və Mərkəzi Asiyanı idarə etmək qabiliyyətinə sahib deyil. Putin Qafqaza 2008-ci ildə Gürcüstandan ayırdığı parçalarla birgə öz imperiyasının bir hissəsi kimi baxır, həmçinin Ermənistanın da üzv olduğu Avrasiya İttifaqında sabitlik istəyir”.
***
Moskvanın obyektiv narahatlığı, Rusiyadan gələn mesajlar əslində böyük güclərin Dağlıq Qarabağ amilindən geosiyasi faktor kimi yaxın perspektivdə daha güclü şəkildə yararlanmağa çalışacağından xəbər verir. Demək, Qarabağ sülh danışıqlarının, diplomatik səylərin çəkisi xeyli artmış kimidir. Onu da nəzərə alsaq ki, yay mövsümü hərbi əməliyyatların aparılması üçün ən əlverişli dövr hesab edilir, o zaman Dağlıq Qarabağ müstəvisində tezliklə yeni diplomatik həmləyə ehtiyac duyulduğu ortaya çıxar.
Bu imperativi ABŞ-ın Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Avropa Oyunları zamanı Bakı və İrəvana etdiyi səfərdən görmək olardı. Amerikalı diplomat müharibə ehtimalından narahatlığını açıq şəkildə ifadə edərək demişdi ki, vasitəçilər tezliklə Azərbaycan və Ermənistan prezidentlərinin – İlham Əliyev və Serj Sərkisyanın növbəti görüşünün baş tutması üçün səylərini artıracaqlar. Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta da analoji açıqlama vermişdi.
***
Hər şeydən göründüyü kimi, qarşıdakı yay ayları Dağlıq Qarabağ problemi ətrafındakı situasiya üçün məxsusi bir sınaq dövrü olacaq. Bir sıra hərbi analitiklər bu dövrün kifayət qədər gərgin keçəcəyini istisna eləmirlər. Təbii ki, vəziyyətə Ukraynadakı, Donbasdakı proseslərin də təsiri qaçılmaz olacaq. Əgər Rusiya Ukraynanın Cənub-Şərqində yeni hərbi avantüraya qol qoysa, o zaman Qərblə yeni qarşıdurmanın əsk-sədası mütləq Güney Qafqazda, Qarabağ konflikti zonasında da və danışıqlar müstəvisində də duyulacaq.
Hərçənd amerikalı diplomat Uorlik bildirib ki, Qarabağ məsələsində ABŞ-la Rusiya arasında fikir ayrılığı yoxdur. Gerçəklik isə əlbəttə ki, başqa şeyi deyir. Ən azı ona görə fikir ayrılığı var ki, Vaşinqton və Moskvanın Qarabağ ixtilafından güddüyü maraqlar bir-birinə diametral ziddiyyət təşkil edir.
Məhz bu ziddiyyət özünü ötən ilin avqustunda təmas xəttində “3 günlük müharibə” zamanı bir daha qabarıq şəkildə göstərmişdi. Həmin eskalasiyada bəzi təhlilçilər “Amerika izi” görsələr də, əksəriyyət “rus barmağı” tapmışdılar. Motiv aydın idi – Kreml bununla konfliktə, münaqişə tərəflərinə ən güclü təsir rıçaqının olduğunu nümayiş etdirmək, Qərbə “əzələ” göstərmək istəmişdi. Ardınca Putinin təşkil etdiyi Soçi görüşü də Rusiyanın Qarabağ məsələsində siyasi-hərbi imkanlarının nümayişinə hesablanmışdı. 
 
***
Moskva belə bir “əzələ nümayişi”nə təkrar ehtiyac duya bilərmi? Sualın cavabı yəqin ki, Qərbin Qarabağ müstəvisində nə dərəcədə çevik diplomatik addımlar atacağından asılı olacaq. Bu yerdə yada salaq ki, prezidentlərin sonuncu görüşü ötən il oktyabrın 27-də, Parisdə baş tutub və hər hansı birgə sənədin və ya bəyannamənin qəbul edilməməsi ilə yekunlaşıb. Yəni nəticəsiz başa çatıb.
Paris sammitindən sonra növbəti belə görüşün bu ilin sentyabrında – BMT Baş Məclisinin illik toplantısı çərçivəsində olacağı anons edilmişdi. Sentyabra kimi isə qarşıda hələ iki təhlükəli ay durur – iyul və avqust.
Əlbəttə ki, Azərbaycan işğal altındakı torpaqlarını istənilən vasitələrlə azad eləmək hüququna malikdir və sonsuzadək səmərəsiz sülh danışıqlarının iştirakçısı ola bilməz. Ölkə özünün hərbi qüdrətini boşuna artırmır, silah-sursat da vitrinə qoyulmaq üçün deyil… 

 

Previous Post

Qarabağ müstəvisində yeni diplomatik həmlə

Next Post

Bu gün imtahanıdır

Bənzər yazılar

Bakıda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

21 Avqust 2026 - 11:29

Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsi Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən daxil...

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyunu başlayıb. Elchi.az -ın məlumatına görə, qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir....

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25

Azərbaycan və İraq iki ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, xəbər, mədəniyyət və idman sahələrində mübadilənin genişləndirilməsi yollarını müzakirə ediblər. Elchi.az ...

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18

İsveçrə və Çin İsveçrə mallarının Çin bazarına çıxışını genişləndirəcək yenilənmiş azad ticarət sazişi üzrə danışıqları başa çatdırıb. Elchi.az "Reuters" agentliyinə...

Next Post

Bu gün imtahanıdır

Neft bahalaşıb

Son xəbərlər

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

Dostluqdan müttəfiqliyə uzanan şərəfli yol

21 Avqust 2026 - 16:31
Suriya İsrailin Türkiyə ilə bağlı iddiasına cavab verdi

Suriya İsrailin Türkiyə ilə bağlı iddiasına cavab verdi

21 Avqust 2026 - 16:26
ADY dəmiryol keçidlərində təhlükəsizliklə bağlı sürücü və piyadalara müraciət edib

ADY dəmiryol keçidlərində təhlükəsizliklə bağlı sürücü və piyadalara müraciət edib

21 Avqust 2026 - 16:20
Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycanla Türkmənistan arasında bir sıra sənədləri təsdiqləyib

21 Avqust 2026 - 16:10
MEDİA: Respondentlərin 88,2%-i yaşı 16-dan aşağı olanların sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir – SORĞU

MEDİA: Respondentlərin 88,2%-i yaşı 16-dan aşağı olanların sosial şəbəkələrə girişinin qadağan edilməsini dəstəkləyir – SORĞU

21 Avqust 2026 - 15:25
Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib

21 Avqust 2026 - 13:30
Temperatur 41 dərəcəyə yüksələcək – XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

21 Avqust 2026 - 12:30
Sabah respublika üzrə pensiyaların tam ödənilməsi nəzərdə tutulub

Avqustun pensiya ödənişi yekunlaşıb

21 Avqust 2026 - 12:22
Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

Bakıda Belçika müstəmləkəçiliyi mövzusunda konfrans keçirilib

21 Avqust 2026 - 12:17
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

İsmayıllıda toyda 24 nəfər zəhərlənib

21 Avqust 2026 - 12:02
Britaniya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyir

Britaniya Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı daha da dərinləşdirməyi hədəfləyir

21 Avqust 2026 - 11:50
Hava ilə bağlı xəbərdarlıq: Şimşək çaxacaq, dolu düşəcək

Kəlbəcərə dolu düşüb – FAKTİKİ HAVA

21 Avqust 2026 - 11:42
Səfir: Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir

Səfir: Birləşmiş Krallıq Azərbaycanı mühüm regional tərəfdaş kimi qiymətləndirir

21 Avqust 2026 - 11:37

Bakıda və bölgələrdə yerləşən su hövzələrində qanun pozuntuları aşkarlanıb

21 Avqust 2026 - 11:29
Avropa Ukraynadakı münaqişədə “kritik mərhələ” elan etdi

Avropa Ukraynadakı münaqişədə “kritik mərhələ” elan etdi

21 Avqust 2026 - 11:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.