"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qarabağ əlilləri və şəhid ailələri aksiyaya hazırlaşır, imza toplanır

10 Fevral 2015 - 19:05
in CƏMİYYƏT
FacebookVatsap

Qarabağ əlilləri və şəhid ailələri aksiyaya hazırlaşır, imza toplanırQarabağ əlilləri və şəhid ailələri onlara çatacaq pulun ödənilməməsinə etiraz olaraq yenidən aksiyalara başlayacaqlar. Əlillər aksiyaya hazırlıq məqsədilə artıq imza toplamağa da başlayıb. Artıq 200 nəfərədək əlil və şəhid ailəsindən imza alınıb.

Bu barədə virtualaz.org saytına “Vətən Müharibəsi Əlilləri” İctimai Birliyinin sədri, I qrup Qarabağ əlili Firidun Məmmədov məlumat verib.

Bunu da oxuyun

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

Azərbaycanda 13 bazarın sanitar vəziyyəti qənaətbəxşdir – RƏSMİ

F.Məmmədovun sözlərinə görə, şəhid ailələrinə və Qarabağ əlillərinə göstərilən biganə münasibətdən narazı olanlar arasında vətəndaşlıqdan imtina etmək istəyənlər də var: “Qarabağ əlilləri və şəhid ailələri illərdir sığorta pulunu ala bilmirlər. Bu isə ciddi narazılığa səbəb olub. Oğlunu, həyat yoldaşını itirən ailəyə cəmi 11 min manat sığorta pulu ödənilməlidir. Amma bu vəsaiti də vermək istəmirlər”.

Qeyd edək ki, söhbət 13500 şəhid ailəsindən, 11 min əlildən gedir. Onlar 1994-cü ildən bu yana onlara verilməli olan sığorta pulunu ala bilmir.

F.Məmmədov deyir ki, ötən il keçirilən etiraz aksiyalarından sonra vəsaitin ödəniləcəyinə söz verildi: “Dedilər ki, həm şəhid ailələri, həm də Qarabağ əlilləri sığorta pulu alacaqlar. Amma bu vəd yerinə yetirilmədi. Şəhid ailələri 11 min manat, I qrup Qarabağ əlilləri 8800 manat, II qrup Qarabağ əlilləri 6600 manat, III qrup əlillər isə 4400 manat almalıdırlar. Biz əlillərlə görüşlər keçiririk. Onları vətəndaşlıqdan imtina etmək fikrindən daşındırmağa çalışırıq. Amma ödəniləcək vəsait cüzi  də olsa dolanmaq üçün kömək ola bilər. Qarabağ əlillərinin arasında müalicəyə ehtiyacı olanlar çoxdur. Əlillərin işlə təminatında da problemlər var. 8 və ya 6 min manat vəsait Qarabağ əlilinin müharibədə itirdiyi ayağını və ya əlini əvəz etmir. Lakin əlillərə bu qədər biganəlik də insanları narazı salır”.

Xatırladaq ki, 90-cı illərin əvvəllərində hərbi xidmətə çağırılmış vətəndaşlar Silahlı Qüvvələrdə hərbi xidmətə başladığı andan dövlət tərəfindən məcburi şəxsi sığortalanıb. Müdafiə Nazirliyi də bunun müqabilində “Azərsığorta” Dövlət Sığorta Şirkətinin hesabına pul köçürüb.

Konstitusiya Məhkəməsi 2014-cü il, yanvarın 28-də hərbi qulluqçulara şamil olunan icbari sığorta pulunun ödənilməsinə dair qətnamə də çıxarıb. Həmin sənədə əsasən Milli Məclis bununla bağlı müvafiq qərar verməli idi. Qarabağ əlilləri və şəhid ailələri isə həmin vəsait onlara ödənilənədək aksiyalar keçirməkdə israrlıdır.

Onu da qeyd edək ki, 2000 şəhid ailəsi və Qarabağ əlilinə sığorta ödənməsinə dair məhkəmə qərarları var.

Previous Post

Qarabağ əlilləri və şəhid ailələri aksiyaya hazırlaşır, imza toplanır

Next Post

İlham Əliyev Etibar Pirverdiyevin səlahiyyətlərini əlindən aldı

Bənzər yazılar

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46

Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi...

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

03 Sentyabr 2026 - 19:55

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən avqust ayında 70 aptekdə yoxlama həyata keçirilib. Elchi.az xəbər verir ki, bu barədə...

Azərbaycanda 13 bazarın sanitar vəziyyəti qənaətbəxşdir – RƏSMİ

Azərbaycanda 13 bazarın sanitar vəziyyəti qənaətbəxşdir – RƏSMİ

03 Sentyabr 2026 - 18:14

Ölkə ərazisində fəaliyyət göstərən 79 ərzaq bazarından 13-də sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş, 42-də qeyri-qənaətbəxş, 24-də isə qismən qənaətbəxş olduğu...

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb

Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə qeydiyyat tarixi açıqlanıb

03 Sentyabr 2026 - 17:34

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı 8 sentyabr saat 11:00-dan 15 sentyabr 18:00-dən davam aparılacaq. Bu...

Next Post

İlham Əliyev Etibar Pirverdiyevin səlahiyyətlərini əlindən aldı

İlham Əliyev Etibar Pirverdiyevin səlahiyyətlərini əlindən aldı

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59
Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

Tramp Karninin siyasətini Kanada iqtisadiyyatı üçün mənfi hesab edir

03 Sentyabr 2026 - 20:49
MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46
İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi Cenevrədə müzakirə olunub

03 Sentyabr 2026 - 20:01
Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisənin yaradılmasını razılaşdırıb

03 Sentyabr 2026 - 19:59
“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

“Formula 1″ə görə bəzi məktəblərdə tədris onlayn olacaq

03 Sentyabr 2026 - 19:57
AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

AEM: Ötən ay 19 aptekdə nöqsanlar aşkarlanıb

03 Sentyabr 2026 - 19:55
Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib, yanğın olub

03 Sentyabr 2026 - 19:54
Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

Türkiyə XİN Kipr məsələsində Avropanı qərəzsiz olmağa çağırıb

03 Sentyabr 2026 - 19:51
Kadiyə 3 oyunluq cəza verilib

Kadiyə 3 oyunluq cəza verilib

03 Sentyabr 2026 - 19:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

I sinfə elektron qəbul başa çatıb

03 Sentyabr 2026 - 19:13
Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib

Sahibə Qafarova Cenevrədə diplomatik korpus təmsilçiləri ilə görüşdə çıxış edib

03 Sentyabr 2026 - 18:55
Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

Sabunçuda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanıldı – VİDEO

03 Sentyabr 2026 - 18:43
“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

“Uber” və “Wayve” Londonda sürücüsüz robotaksilərin sınağına başlayır

03 Sentyabr 2026 - 18:31
“Fənərbağça” – “Beşiktaş” derbisinin hakimi müəyyənləşdi

“Fənərbağça” – “Beşiktaş” derbisinin hakimi müəyyənləşdi

03 Sentyabr 2026 - 18:27
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.