İsveçdə soyuq hava və qar yağması nəqliyyata mənfi təsir göstərib. Hava istiliyinin mənfi 1 ilə mənfi 3 dərəcə arasında olacağı gözlənildiyi halda, paytaxt Stokholmda qarın qalınlığı 40 santimetrə çatıb.
Elchi.az xəbər verir ki, İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Stokholmdakı Arlanda hava limanında bəzi reyslər ləğv edilərkən, qatar və avtobusların hərəkətində fasilələr yaranıb.
Aksiyaların sabaha qədər davam edəcəyi bildirilir.
Səlahiyyətlilər sürüşkən yollarla bağlı sürücülərə xəbərdarlıq edib. Çoxlu yol qəzalarının baş verdiyi bildirilib.
Şayəstə