"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

“Qanunsuzluqlara son qoyulmalı və ciddi qərarlar qəbul olunmalıdır”

14 Noyabr 2023 - 16:04
in Cebhe-banner, MANŞET
FacebookVatsap

Qüdrət Həsənquliyev: “Tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir”

Bunu da oxuyun

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

“Dövlət büdcəsinin müzakirəsi dövlət müstəqilliyimizi bərpa etdiyimiz dövrdən ilk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğu əlamətdar bir tarixə təsadüf edir. Buna görə Prezident başda olmaqla hökumət və bütün dövlət hakimiyyət orqanları, Silahlı Qüvvələrimiz ən xoş sözlərə layiqdir”.

Elchi.az xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında, büdcə müzakirələri zamanı səsləndirib.

Bununla yanaşı, millət vəkili bildirib ki, büdcə zərfi və Hesablama Palatasının rəyi ilə tanış olanda təəssüf hissi müşahidə edirik ki, 10 milyon əhalisi olan ölkəmiz üçün 34 milyard 173 milyon manat gəlirləri olan büdcə olduqca kiçikdir:

“Onun da 12 milyard 781 milyonu Dövlət Fondundan transfertdir. 2023-cü ildə Ümum Daxili Məhsul (ÜDM) real ifadədə cəmi 0,5 faiz artıb. Sanki durğunluq dövrünə qədəm qoymuşuq. Hasilatın pay bölgüsü sazişləri üzrə mənfəət vergisi hasilatın gündəlik 22 min barell azalması səbəbindən 2024-cü il üçün 1 milyard 975 milyon manat proqnozlaşdırılır ki, bu da cari ildəkindən 2 dəfə azdır. Dövlət Neft Fondundan transfertlər çıxılarsa dövlət büdcəsinin gəlirləri 2022-ci illə müqayisədə 6, 2023-cü illə müqayisədə isə 3, 4 faiz azdır. 2024-cü ilin büdcəsindəki 282,5 milyonluq artım Dövlət Neft Fondundan tranfertlər hesabınadır. İqtisadiyyatımızın neft gəlirlərindən asılılığına son qoymaq və büdcə gəlirlərini əhəmiyyətli ölçüdə artıra bilmək üçün ciddi islahatlar həyata keçirməliyik. Biz hamımız hansısa sahələrə daha çox vəsait ayırlmasını təklif edirik. Amma çox təəssüf ki, büdcəmizin həcminin bizim qədər 10 milyon əhalisi olan, amma büdcə gəlirləri bizdən ən azı 3 dəfə artıq olan Avropa ölkələrinin büdcəsinə necə yaxınlaşdırılması barədə az təklif veririk. Halbuki qiymətləri qaldıranda Avropa ölkələrindəki vəziyyətə çox istinad olunur”. Millət vəkili deyib ki, bunun üçün elə Avropa ölkələrinin yolu ilə getməliyik: “Sürətli iqtisadi inkişafımızın qarşısında ən böyük maneə qanunların ailiyinin tam təmin olunmamasıdır. Buna ən bariz nümunə işğaldan azad olunmuş ərazilərdə tenderlər keçirilmədən milyardlarla manat vəsaitin xərclənməsidir. İnkişaf, sabitlik və rifah istəyiriksə, konstitusiyaya uyğun olaraq dövlət bizneslə məşğul olamamalı, iqtisadiyyatda yalnız tənzimləyici rol oynamalıdır. İnhisarçılığa və proteksionizmə son qoyulmalı, rəqabət mühiti formalaşdırılmalı, dövlət müəssiləri, xəstəxanalar, xidmət sahələləri özəlləşdirilməlidir. Korrupsiyaya qarşı effektiv mübarizə təşkil etmək üçün məhkəmə-hüquq islahatları dərinləşdirilməlidir”.

Millət vəkili diqqətə çatdırıb ki, qanunların aliliyi təmin edilməsə İqtisaiyyat Nazirliyinin səyləri ciddi nəticələr verməyəcək: “Sabit Vergi Məcəlləsi olmalıdır. Son 3 ildə Vergi Məcəlləsinə neçə dəyişiklik etmişik? Sayı-hesabı itib. Vergi dərəcələri, rüsumlar, ödəmələr, konstitusiyaya uyğun olaraq qanunla müəyyən olunmalıdır. Hər bir nazirlik özü üçün xidmət haqqı müəyyən edə bilməz. Xidmətə görə büdcədən maaş alırlar. Sahibkar ən azı 5 il müddətində gəlir-çıxarını proqnozlaşdıra bilməlidir. Qanunları tez-tez dəyişməklə, hansısa vergi güzəştləri müəyyən edib, sonra ləğv etməklə iqtisadi inkişafa töhvə vermək olmaz. Mülkiyyətə və hüquqlara təminat verən güclü məhkəmə hakimiyyəti yaratmadan, müasir texnologiya cəlb etməklə sənayeni inkişaf etdirmədən ciddi uğurlara imza atmaq mümkün deyil. Biz, tezliklə Ümumdünya Ticarət Təşkilatına və regional iqtisadi birliklərə qoşulmalıyıq. Xarici investorlar Azərbaycana gəlməkdən qorxmamalıdırlar”.

Qüdrət Həsənquliyev vurğulayıb ki, büdcəyə əlavə vəsait cəlb edəcəyimiz sahələrdən biri tikinti sektorudur: “Bakı Şəhər İcra Hakimiyyəti başçısının keçən il səsləndirdiyi rəqəmlərə əsaslansaq, yalnız Bakı şəhərində minə qədər qəzalı bina var. Amma sahibsiz sahibkarlar yaşayış binaları tikmək üçün yer tapa bilmədiklərindən xarici ölkələrə üz tuturlar. Deputat olduğum Xətai rayonunda da qəzalı binalar da az deyil. Bu barədə sakinlərin xahişi ilə müvafiq dövlət orqanlarına müraciət etmişəm. Kimlərsə həmin yerləri götürüb, amma illərdir ki, tikintiyə başlamır. Görünür işəri çoxdur, yavaş-yavaş tikir, bu yolla qiymətlərin aşağı düşməsinə də imkan vermirlər. Nəzərə almırlar ki, insanların həyatı təhlükə altındadır. Nə qədər insan mənzil şəraitini yaxşılaşdırmaq, yaxud özlərinə övladlarına mənzil almaq istəyir. Eldar Əzizov mətbuata demişdi ki, “biz, yeni binaların tikintisinə ilkin olaraq kritik vəziyyədə olan qəzalı binalardan başlamalıyıq”. Amma real həyatda başqa mənzərənin şahidi oluruq. 28 ildir ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən qeyri hökumət təşkilatı-AVCİYA-nın prezidenti, keçmiş deputat həmkarımız Elxan Süleymanov – o şəxs ki, AŞPA-da aktiv fəaliyyətinə görə, Azərbaycana qarşı aparılan qarayaxma, şər-böhtan kampaniyasının qurbanlarından biri olub. Həmin dövrdə Milan məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum olub, amma şər kampaniyası səngiyən kimi elə həmin məhkəmə tərəfindən də bəraət verilib. O, mənə və bir çox dövlət rəsmilərinə sənədlər təqdim etməklə şikayət edir ki, AVCİYA-nın Nəsimi rayonunda xüsusi mülkiyyətdə olan ofisi ətrafda yerləşən yaşayış və qeyri-yaşayış binaları ilə birlikdə bələdiyyə torpağında yerləşsə də həmin binaların yeləşdiyi 1,55 hektar ərazi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı ilə çoxmərtəbəli yeni binaların tikintisi üçün “İnvest M. Construction” şirkətinə ayrılıb. Söküntüyə məruz qalan həmin binaların heç biri qəzalı vəziyyətdə deyildi. Sadəcə şəhərin həmin ərazisində mənzillər müqayisədə daha baha qiymətə satılır. Bakı Şəhər İcra Hakimiyyətinin “İnvest M. Construction” şirkəti ilə müqaviləsində real vəziyyət tam təhrif olunaraq göstərilir ki, ərazidə ağac və yaşıllıq, tikinti və qurğular, tarixi və mədəniyyət abidələri yoxdur. Halbuki Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təqdim etdiyi sənəddə ərazidə 174 ağac olduğu qeyd olunur. Ərazidə yerləşən tarixi günbəz tikinti şirkəti tərəfindən sökülüb. Ərazidə 10-dan artıq bina və tikili var. Fövqəladə Hallar Nazirliyi Tikintiyə Dövlət Nəzarəti Agentliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikinti işlərinə başlanması barədə razılığı olmadığı halda yeni bina üçün həftəsonu, gecə ikən AVCİYA-nın binasının 30-40 santimetrliyindən başlayaraq katlavan qazıntısına başlanılıb və AVCİYA-nın binasına gedən yol və kommunikasiya xətləri dağıdılıb. Kanalizasiya suları katlavana dolaraq ofisin binasını qəzalı vəziyyətə salır. Hazırda məhkəmə qərarı olsa da ofisə gedən yol bərpa olunmur.

Hörmətli hökumət üzvləri! Bu qanunsuzluqlara son qoyulmalı və gələcəkdə belə halların təkrarlanmaması üçün ciddi qərarlar qəbul olunmalıdır. Bu sahədə islahatlar aparılmalı, tikintiyə icazə vermək səlahiyyəti seçkili orqan olan bələdiyyələrə verilməlidir. Bütün sivil dünyada bu belədir. Tikinti üçün müraciətlərə cavablar onlayn qaydada, ictimaiyyət üçün açıq olmalıdır. Bələdiyyələrə həm də öz təşəbbüsü ilə tikinti üçün yerlərin sənədlərini paket halında hazırlayıb hərraclarda tikinti şirkətlərinə satmaq səlahiyyəti verilməlidir. Nəhayət Bakı şəhər bələdiyyəsi yaradılmalıdır. Toxunmaq istədiyim başqa bir məsələ elm və təhsilə ayrılan vəsaitin azlığı ilə bağlıdır. Xüsusilə elmə 228 milyon 776 min manatın ayrılması olduqca azdır. Elm və təhsil sahəsində də ciddi islahatlara ehtiyac var. Orta məktəblərin buraxılış imthanalarının nəticələri əsasında ali məktəblərə qəbul həyata keçirilməli, repetitorluğa son qoyulmalı, konstitusiyaya uyğun olaraq orta təhsilin pulsuz olması təmin edilməlidir. Elə vəziyyət yaradılıb ki, heç kim repetitora pul ödəmədən ali məktəblərə qəbul oluna bilmir. Bu isə ailələr üçün ağır maliyyə yüküdür. Universitetlərin, peşə məktəblərinin, kolleclərin əksəriyyəti özəlləşdirilməli, imkansız ailələrin uşaqları dövlət hesabına təhsil almalı, təhsil kreditləri faizsiz və hər kəs üçün əlçatan olmalıdır. Ali Attestasiya Komissiyası və Emlər Akademiyası əməkdaşlarının, orta məktəb müəllimlərinin əməkhaqqı əhəmiyyətli səviyyədə artırılmalıdır. Elm və təhsili inkişaf etdirmədən ölkəmiz inkişaf etmiş ölkələr sırasına çıxa bilməyəcək. Sonda hökuməti vətəndaş cəmiyyəti quruculuğuna xüsusi diqqət yerirməyə, mediaya, qeyri-hökumət təşkilatlarına və siyasi partiyalara dövlət dəstəyini artırmağa, ölkəmizi inkişafın yeni mərhələsinə çıxaracaq köklü islahatlar aparmağa çağırıram”.(Xalqcebhesi.az)

Previous Post

“Qanunsuzluqlara son qoyulmalı və ciddi qərarlar qəbul olunmalıdır”

Next Post

Pensiyalar nə qədər artırılacaq?

Bənzər yazılar

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47

Çoxtərəfli əməkdaşlıq formatlarında fəal yer alan Azərbaycanın Müstəqil Dövlətlər Birliyi (MDB) ilə əlaqələri də qarşılıqlı hörmət və etimada, bərabərhüquqlu tərəfdaşlıq...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Moskva-Bakı istiqamətində bir sıra reysləri müvəqqəti dayandırıb. Elchi.az bu barədə AZAL-a istinadən xəbər verir. Məlumata...

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 18:07

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Elchi.az müsahibəni təqdim edir: -...

Next Post
Pensiyalar nə qədər artırılacaq?

Pensiyalar nə qədər artırılacaq?

Pensiyalar nə qədər artırılacaq?

Pensiyalar nə qədər artırılacaq?

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.