Qırğızıstan prezidenti Sadir Caparov ölkə bayrağında dəyişiklikləri nəzərdə tutan qanunu imzalayıb.
Elchi.az xəbər verir ki, Qırğızıstan Prezidentinin Mətbuat Mərkəzinin yaydığı bəyanatda bildirilib ki, Qırğızıstan prezidenti Caparov dekabrın 20-də parlamentdə qəbul edilən “Qırğız Respublikasının dövlət rəmzləri haqqında” qanuna dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.
Bəyanatda vurğulanıb ki, qanun Qırğızıstan Respublikasının əsas dövlət rəmzlərindən biri olan ölkənin bayrağının təkmilləşdirilməsi məqsədilə qəbul edilib.