"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Qanlı döyüşlərin səbəbi Talış kəndinin kökü haradan gəlir?

13 Aprel 2016 - 09:43
in CƏMİYYƏT
FacebookVatsap
Qanlı döyüşlərin səbəbi Talış kəndinin kökü haradan gəlir?

Dilavər Əzimov: “Tərtərdə yerləşən Talış kəndi indiki talış anlamında deyil”; Nizami Cəfərov: “Bu adların heç də hamısı o xalqları xarakterizə etmir”

Bunu da oxuyun

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Hövsanda suyun verilişində müvəqqəti fasilə yaranacaq

Magistraturanın boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub

Fazil Mustafa: “İnsanlar bu adlara bir kültür, mədəni miras kimi baxsınlar”

Tərtərdə gedən döyüşlər zamanı Talış kəndinin ermənilərdən alınması bu kəndin adı ətrafında müxtəlif suallar yaratdı. Azərbaycan ərazisində bu və digər millətlərin adını daşıyan kəndlər kifayət qədərdir. Buna misal olaraq Füzulidə, Göyçaydakı Kürd kəndi, Goranboydakı Safıkürd kəndi, Padarlar kəndi və s. göstərmək olar. Ümumiyyətlə, hər kəsə məlumdur ki, Azərbaycanda çoxsaylı xalqlar yaşayır. Lakin Azərbaycanın ərazilərindəki kəndlərin bu xalqların adını  daşıması barədə deyilənlər nə dərəcədə doğrudur?
Tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimov bunun olduqca ciddi bir məsələ olduğunu dedi: “Kənd adları, ümumiyyətlə isə toponimlər məsələsi olduqca ciddi məslədir. Bu adlardan birinin dəyişdirilməsi üçün həmin sahə üzrə bütün mütəxəssislər dəvət olunmalıdır.
Bu günə qədər çox kəndin və şəhərin adını dəyişdirərkən ciddi səhvlərə yol veriblər. Adı dəyişənlər həmin ərazinin tarixini bilməlidir. Tərtərdə yerləşən Talış kəndi indiki talış anlamında deyil. Talış sözü o zaman ərazi bildirirdi. Bu ada uzaq Çindən tutmuş türklərin yaşadıqları bütün ərazilərdə də rast gəlinir. Bu söz protomonqol toponimidir. Bilirsiniz ki, bir zaman ərazi bildirən sözlər sonradan xalq adına çevrildi. Talış, ləzgi sözü də buradan qaynaqlanır. Vahid talış xalqı yoxdur. Orada yaşayanlar drığlar, brığlar, oyrtalar, zuvandlar və sairədirlər. Məsələn, dağlara Talış dağları deyirlər. Bu dağlara o ad monqolların gəlişindən sonra verilib. Ərəb mənbələrində belə ad yoxdur. Amma sıra dağlar  kimi xatırlanır.
O cümlədən kürdlə bağlı adlar da buraya daxildir. Bir zaman bunların qurd adı ilə bağlı olduğunu deyirdilər. Sonradan kürdə çeviriblər. Orta əsrlərdə işlənən kürd bugünkü kürdü nəzərdə tutmur. O zaman dağlarda yaşayanlara kürd deyirdilər və onlar şəhər mədəniyyətindən uzaq idilər. Ona görə də oturaqlar onlara qarşı bu ifadəni işlədirdilər. Məsələn, dağlarda yaşayan türklərə də kürd deyirdilər. Hətta bəzi ərəb qövmlərində də bu ifadəni işlədiblər. Sonradan bunların mənasını təhrif ediblər. Kürdlərlə bağlı adların olması təbiidir. Amma bu o demək deyil ki, orada yalnız kürdlər yaşayıb”.
 
D.Əzimov dəyişilən bir çox yer adlarında ciddi səhvlərə yol verildiyini bildirdi: “Cəlilabadda ən qədim yerlərin adını dəyişib yeni adlar qoyanda ciddi səhvlərə yol verdilər və tariximizi təhrif etdilər. Məsələn, Tovuzda Ayıblı kəndi var idi. Onun adını dəyişdilər. Bu kəndin qədimdə adı Alplar olub. Adı dəyişənlər tarixi bilmədiyi üçün başa düşmədilər ki, bu adı sonralar təhrif edib türklərə qarşı işlədiblər. Onun tarixi adı olan Alpları qaytarmaq lazım idi. Adları gülüş doğuran kəndlərin tarixi qədim deyilsə, bu ad sonradan qoyulubsa, onu dəyişmək olar”.
Dilçi alim Nizami Cəfərov bildirdi ki, bu adların heç də hamısı o millətləri xarakterizə etmir: “Dünyanın hər yerində bu cür hallar var. Etnos adı ilə bu və ya başqa coğrafiyada toponimlər var. Buna etnotoponimlər deyilir. Ümumiyyətlə, hər hansısa yer adını, o cümlədən bu cür adları dəyişmək olmaz. Çünki bunlar tarixdir. Azərbaycanda vaxtilə ərəblər olub və çoxlu yerlərdə ərəbqədim və sairə kimi yer adları var. Bu, tarixdir və dəyişdirilməsi mümkün deyil. Dünyanın çox yerlərində, coğrafiyalarda türk adları var. Türk adı ilə kəndlər, yerlər var. Onu da kimsə dəyişərsə, əlbəttə ki, yaxşı qəbul olunmaz. Konkret olaraq talış adına gəlincə isə burada məsələ mürəkkəbdir. Çünki bu adların heç də hamısı indiki İran mənşəli o xalqın adı ilə bağlı deyil. Bunun müxtəlif formaları olub. Bu bizim toponomiya elmində də  var. Törös deyilən bir türk tayfası olub. Eyni zamanda Asiyada Talas deyilən yerlər var. Yəni bunlar fonetik dəyişmələr hesab olunur. Əslində töröslər, talaslar türk tayfalarından birinin adıdır. Məsələn, bizdə talışlar Azərbaycan xalqının tərkib hissəsidir. Onların yaşadığı yerlərdə bu tipdə adlar ola bilər. Burada heç bir gərginləşdirici bir hal yoxdur. Amma bütün talış sözləri, içində talış sözü olan yer adları heç də talışları ifadə etmir. Dediyim kimi, bunlar fonetik dəyişmələrdir və bunu mən özümdən kəşf etməmişəm, dilimizdə mövcud olan bir şeydir. Buna görə də nəyisə nəyəsə uyğunlaşdırmağımız düzgün olmazdı”.
Deputat Fazil Mustafa bildirdi ki, bu adalara milli kültür, miras kimi baxmaq lazımdır: “Mən bu adların dəyişilməsində bir məna görmürəm. Daha yaxşı olardı ki, insanlar o adlara bir kültür, mədəni miras kimi baxsınlar. Bir siyasi vasitə və ya ad kimi qəbul etməsinlər. Məsələn, hər hansısa bir dövrdə Ərəblər, yaxud da Padarlar, Kürdlər adlı kəndlər var. Elə Talış kəndində də heç də talışlar yaşamayıb. Bu, tarixlə bağlı məsələdir. Bu adlarda heç bir təhlükə yoxdur və onlara bir kültür mirası kimi baxılmalıdır. Azərbaycan türklərlə yanaşı həm də çoxsaylı xalqların yaşadığı bir ölkədir. Bizim ölkəmiz çox zəngin mədəniyyətə sahib bir ölkədir. Bu adların olması da bizim zənginliyimizin göstəricisidir. Bu adları dəyişmək və ya hansısa korrektələr etməyə ehtiyac yoxdur”.
Azərbaycanda olan və qəribə səslənən, gülünc doğuran kənd adlarına gəlincə isə F.Mustafa bu adlarda müəyyən düzəlişlərə ehtiyac olduğunu dedi.
Previous Post

Qanlı döyüşlərin səbəbi Talış kəndinin kökü haradan gəlir?

Next Post

Brent nefti 44,5 dollara satılır

Bənzər yazılar

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

31 Avqust 2026 - 20:11

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub. Elchi.az xəbər verir ki, bu barədə...

Hövsanda suyun verilişində müvəqqəti fasilə yaranacaq

Hövsanda suyun verilişində müvəqqəti fasilə yaranacaq

31 Avqust 2026 - 18:39

Hövsan kəndini içməli su ilə qidalandıran xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində sabah gümorta saatlarınadək suyun verilməsində müvəqqəti...

DİM bu imtahanın nəticələrini elan etdi

Magistraturanın boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub

31 Avqust 2026 - 18:13

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub. Bu barədə Elchi.az-a DİM-dən məlumat verilib....

Bakıda daha bir yolda təmir işlərinə başlanılır

Bakıda daha bir yolda təmir işlərinə başlanılır

31 Avqust 2026 - 17:35

Bakının Binəqədi rayonunda Mirmahmud Kazımovski və Elçin Əzizov küçələrində, Xəzər rayonunda Türkan–Hövsan şossesində, həmçinin Suraxanı rayonunda Elzar Yusubov küçəsində təmir...

Next Post

Brent nefti 44,5 dollara satılır

MEHRİBAN DÜŞMƏN və ya TALEYİN İRONİYASI

Son xəbərlər

İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

İlham Əliyev Məsud Pezeşkianı “İstisu”ya qonaq edib

31 Avqust 2026 - 20:15
Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

Magistraturaya boş qalan plan yerlərinin nəticələri elan olunub

31 Avqust 2026 - 20:11
Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

Azərbaycan və Çin arasında məhkəmə-hüquq sahəsində əməkdaşlıq müzakirə olunub

31 Avqust 2026 - 20:08
Messi milli komandadakı karyerasını başa vurub

Messi milli komandadakı karyerasını başa vurub

31 Avqust 2026 - 19:29
Hikmət Hacıyev: Bakı Avropa İttifaqını Zəngəzur dəhlizinin iştirakçısı kimi görmək istəyir

Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib – VİDEO

31 Avqust 2026 - 19:10
Prezident: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır

Prezident: Azərbaycan İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır

31 Avqust 2026 - 18:59
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub – FOTO – VİDEO – YENİLƏNİB-1

Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü olub – FOTO – VİDEO – YENİLƏNİB-1

31 Avqust 2026 - 18:52
İlham Əliyev Venesuelada baş verən zəlzələ ilə bağlı başsağlığı verdi

Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimi keçirilir – CANLI

31 Avqust 2026 - 18:45
Hövsanda suyun verilişində müvəqqəti fasilə yaranacaq

Hövsanda suyun verilişində müvəqqəti fasilə yaranacaq

31 Avqust 2026 - 18:39
Tramp: İran rəsmən ölüb və xaos içindədir

Tramp: İran rəsmən ölüb və xaos içindədir

31 Avqust 2026 - 18:30
Prezident İlham Əliyev Bişkekdə Kasım-Jomart Tokayevlə görüşüb – YENİLƏNİB-1

Prezident İlham Əliyev Bişkekdə Kasım-Jomart Tokayevlə görüşüb – YENİLƏNİB-1

31 Avqust 2026 - 18:21
DİM bu imtahanın nəticələrini elan etdi

Magistraturanın boş qalan yerləri ilə bağlı müsabiqənin nəticələri elan olunub

31 Avqust 2026 - 18:13
Səudiyyə Ərəbistanı 8 milyard dollar borc almaq niyyətindədir

Səudiyyə Ərəbistanı 8 milyard dollar borc almaq niyyətindədir

31 Avqust 2026 - 18:00
Qlobal təbii qaz tədarükündə rekord qeydə alınıb

Qlobal təbii qaz tədarükündə rekord qeydə alınıb

31 Avqust 2026 - 17:47
Bakıda daha bir yolda təmir işlərinə başlanılır

Bakıda daha bir yolda təmir işlərinə başlanılır

31 Avqust 2026 - 17:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.