Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin əldə etdikləri razılığa əsasən, Bakıda keçirilən “Qafqaz Qartalı – 2019” birgə təlimi çərçivəsində xüsusi təyinatlı qüvvələr avtomat, tapança, snayper tüfəngi və birdəfəlik qumbaraatanlardan xüsusi atış çalışmaları yerinə yetiriblər.
Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qarışıq atəş qrupları tərkibində icra edilən atışlar zamanı xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.
Yollarda görmə məsafəsi məhdudlaşacaq
Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a bildirilib ki, mayın 20-də gecə və səhər bəzi rayonlarda yağıntılı və...