Qadın nazir başına gələnləri belə danışdı – Video

181
SHARES
317
VIEWS

>

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya ilə energetika və təbii sərvətlər naziri Berat Albayrak İstanbulun Atatürk Hava Limanında mətbuat konfransı keçiriblər.

Bunu da oxuyun

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, Niderlandın Rotterdam şəhərində qarşılaşdıqları bütün məqamların insan haqlarına və demokratik öhdəliklərə zidd olduğunu xatırladan nazir məlumat verib ki, polis qüvvələri onu müşayiət edən cangüdənləri, müşavirini və KİV nümayəndələrini qanunsuz olaraq saxlayıblar. Hökumət üzvünə, diplomatik pasportla təmsil olunan dövlət nümayəndəsinə, o cümlədən qadına qarşı qanunsuz şəkildə bu qədər kobud davranışa görə Niderland hakimiyyətini kəskin qınadığını ifadə edən naziri F.Kaya məlumat verib ki, polis əməkdaşları onunla görüşə gələn türkiyəli vətəndaşlara qarşı it və atlardan istifadə etməklə kütləvi zorakılıq tətbiq edib.

Nazir B.Albayrak da Niderlandda törədilənləri ümumilikdə Avropanın demokratik dəyərləri üçün utanc yeri kimi dəyərləndirib.

Xatırladaq ki, naziri Fatma Betül Sayan Kaya onu gözləyən insanlarla görüşmək üçün Türkiyənin Rotterdamdakı baş konsulluğuna getməyi planlaşdırırdı. Lakin polis bu diplomatik nümayəndəliyə gedən bütün keçidləri və yolları bağlayaraq ona mane olub, insanlara qarşı kütləvi zorakılıq tətbiq edilib. Çox sayda günahsız insan xəsarət alıb.

Bu cür xoşagəlməz vəziyyətdən sonra nazir Almaniyanın Köln-Bonn hava limanından İstanbula dönüb.

Elchi.az

Bənzər yazılar

Next Post

Son xəbərlər