"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Qaçqınkom”un sifarişi ilə tikilən mənzillər iki qaydada satılacaq

11 Aprel 2022 - 14:24
in GÜNDƏM
FacebookVatsap

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid qəsəbəsində, Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda, həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda yerləşən mənzillərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı qaydası müəyyənləşib.

Bunu da oxuyun

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənən “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nda əksini tapıb.

Qaydaya əsasən, satışa çıxarılan mənzillər üzərində dövlətin mülkiyyət hüqühu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. Mənzillərin bazar dəyərini Nazirliyin cəlb etdiyi müstəqil qiymətləndirici müəyyən edir. Satış elanı verildiyi tarixdən 1 il müddətində satılmayan mənzillər bu Qaydaya uyğun olaraq yenidən qiymətləndirilir. Mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada, yaxud hərrac vasitəsilə həyata keçirilir.

Mənzillərin onlayn qaydada satışı zamanı Nazirliyin rəsmi internet saytı vasitəsilə aşağıdakılar təmin edilir:

– mənzilləri əldə etmək niyyətində olan hüquqi və fiziki şəxslərin (bundan sonra – şəxslər) real vaxt rejimində Vahid Giriş Sistemindən (“ASAN Login”) istifadə etməklə qeydiyyatı və onlar üçün elektron kabinetin yaradılması;

– bu Qaydaya əsasən yaradılmış elektron kabinetdə mənzillərin satışı ilə bağlı bildirişlərin yerləşdirilməsi və şəxslərə satışa çıxarılan mənzillərə dair məlumatlarla tanış olmaq imkanının yaradılması;

– mənzil seçiminin həyata keçirilməsi.

Mənzillərin satışına hazırlıq məqsədilə Nazirlik aşağıdakı tədbirləri görür:

– mənzillərə dair məlumatları (mənzilin yerləşdiyi çoxmənzilli yaşayış binasının ünvanı, mərtəbələrin sayı, mənzilin yerləşdiyi mərtəbə, mənzilin nömrəsi, mənzilin ümumi sahəsi (yaşayış və yardımçı sahələr ayrılıqda göstərilməklə), mənzildəki otaqların sayı, mənzilin təmir vəziyyəti və təmirin aparıldığı vaxt) hazırlayır;

– bu Qaydaya uyğun olaraq, mənzillərin hər kvadratmetrinə görə satış qiymətinin müəyyən edilməsini təşkil edir;

– mediada və rəsmi internet saytında satış elanı verir.

Satış elanı satışın başlanması tarixinə azı 15 (on beş) gün qalmış verilməlidir.

Satış elanında aşağıdakı məlumatlar göstərilməlidir:

– mənzillərin satışının başlanması tarixi, saatı və satışın həyata keçirildiyi müddət haqqında məlumat;

– bu Qaydada qeyd olunan məlumatlar;

– mənzil üzərində mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış haqqında məlumat.

Mənzillərin satışı Nazirliyin rəsmi internet saytı vasitəsilə onlayn qaydada həyata keçirildikdə, satış başlandığı andan mənzili ilk seçmiş şəxs seçdiyi mənzili almaq hüququ qazanır və həmin mənzili digər şəxslərin seçmək imkanı məhdudlaşdırılır. Mənzili seçmiş şəxsin elektron kabinetində mənzilin seçilmə vaxtı, seçilmiş mənzili digər şəxslərin seçmək imkanının məhdudlaşdırılması, eləcə də mənzilin seçildiyi vaxtdan etibarən 10 (on) gün müddətində alqı-satqı müqaviləsinin bağlanılması zərurəti barədə dərhal məlumat yerləşdirilir. Mənzil seçimində iştirak edən hər bir şəxsin bir neçə mənzil seçmək hüququ var. Bu Qaydaya uyğun olaraq müəyyən edilmiş müddət başa çatdıqda mənzillərin seçilməsi dayandırılır.

Bu Qaydaya uyğun olaraq seçilməsi imkanı məhdudlaşdırılmış mənzil bu Qaydada müəyyən edilmiş müddətdə həmin elan çərçivəsində əlavə iki şəxs tərəfindən ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bu zaman onların hər birinin elektron kabinetinə, gözləmə ardıcıllığı göstərilməklə, bu barədə müvafiq bildiriş göndərilir. Mənzil seçiminin nəticələrinin bu Qaydaya əsasən ləğv edilməsi barədə mənzili seçmiş şəxsin elektron kabinetində müvafiq bildiriş yerləşdirildikdə, gözləmə qaydasında həmin mənzili seçmiş şəxslərin gözləmə ardıcıllığına uyğun olaraq mənzili almaq hüququ yaranır və bu barədə mənzili seçmiş şəxsin elektron kabinetində müvafiq bildiriş yerləşdirilir. Mənzili seçən şəxslə Nazirlik arasında mənzilin seçimi başa çatdıqdan sonra 10 (on) gün müddətində dəyəri tam ödənilməklə mənzilə dair notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanılır. Eyni şəxs tərəfindən bir neçə mənzil seçildiyi halda hər bir mənzilə dair alqı-satqı müqaviləsi ayrılıqda bağlanılır. Mənzili seçmiş şəxs alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bu Qaydada nəzərdə tutulan müddət ərzində gəlmədikdə və ya mənzilin dəyərini tam ödəmədikdə, yaxud mənzili almaqdan imtina etdikdə, həmin şəxsin həyata keçirdiyi mənzil seçimi ləğv edilir, bu barədə həmin şəxsin elektron kabinetində bildiriş yerləşdirilir. Belə halda bu Qayda nəzərə alınmaqla, mənzilin üzərinə bu Qaydada uyğun olaraq qoyulmuş məhdudiyyət götürülür və həmin mənzil növbəti satış elanına daxil edilməklə yenidən satışa çıxarılır. Mənzilllərin hərrac vasitəsilə satışı Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.

Previous Post

“Qaçqınkom”un sifarişi ilə tikilən mənzillər iki qaydada satılacaq

Next Post

Kolleclərə sənəd qəbulu davam edir

Bənzər yazılar

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi

Mehriban Əliyeva Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik etdi

05 İyun 2026 - 16:09

Azərbaycan Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi sosial şəbəkə hesablarında minifutbol millimizin qələbəsi ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:...

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq

04 İyun 2026 - 23:28

Sabah Bakı və Lənkəranın bir sıra ərazilərində işıq olmayacaq. Bu barədə Elchi.az "Azərişıq" ASC-yə istinadən xəbər verir. İyunun 5-də Nizami...

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib – FOTO

03 İyun 2026 - 12:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzi Bankın yeni inzibati binasının açılışında iştirak edib. Elchi.az xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh...

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

Ankara-İrəvan yaxınlaşması nə vəd edir? – “Stratfor”

02 İyun 2026 - 15:30

Ermənistan-Türkiyə münasibətlərində istiləşmə Ankaranın regional təsirini gücləndirə və eyni zamanda İrəvanın Rusiyadan asılılığını qismən azalda bilər, lakin bu proses Moskvanın...

Next Post
Magistraturaya müsabiqə şərtləri məlum olub

Kolleclərə sənəd qəbulu davam edir

Magistraturaya müsabiqə şərtləri məlum olub

Kolleclərə sənəd qəbulu davam edir

Son xəbərlər

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

“İranın belə ucuz təxribatın təsiri altına düşəcəyini düşünmürəm” – Qüdrət Həsənquliyev

06 İyun 2026 - 19:55
NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

NATO-nun beş ölkəsi Latviyada hava hücumundan müdafiə təlimləri keçirib

06 İyun 2026 - 19:24
Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

Türkiyə klubu yeni baş məşqçisini rəsmən açıqladı

06 İyun 2026 - 18:20
Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

Qətər İranın Küveyt və Bəhreynə hücumlarını pislədi

06 İyun 2026 - 18:07
Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

Sabah meteohəssas insanları narahat edən hava gözlənilir

06 İyun 2026 - 17:51
Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

Rusiya rəsmisi: ABŞ Ukrayna üzrə danışıqlardan çıxmağa çalışır

06 İyun 2026 - 17:36
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib

06 İyun 2026 - 17:19
Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır – FAKTİKİ HAVA

06 İyun 2026 - 17:00
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv etdi

XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür

06 İyun 2026 - 16:45
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

06 İyun 2026 - 16:22
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB

06 İyun 2026 - 16:08
Gəmilər vuruldu, 5 azərbaycanlı öldü – Rəsmi açıqlama

Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib

06 İyun 2026 - 15:32
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib

06 İyun 2026 - 15:17
Binədə mağazada yanğın baş verdi – Video

Binədə mağazada yanğın baş verdi – Video

06 İyun 2026 - 14:30
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb

06 İyun 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.