İsrail qaynaqları, Qəzzaya hücumlarda “insan hədəflərini” müəyyən etmək üçün İsrailin “Lavanda” adlı süni intellekt proqramı ilə aşkar etdiyi 37 min “şübhəli”nin hər biri üçün ən azı 20 “mülki itki” riskinə girdiyini bildirib.
Elchi.az xəbər verir ki, Təl-Əvivdə yerləşən “+972” və Local Call-a danışan mənbələr, Lavenderin Qəzzada təxminən 2,3 milyon insandan topladığı məlumatları qeyri-müəyyən meyarlara görə təhlil etdiyini və həmin şəxsin HƏMAS ilə əlaqəsi olma ehtimalını qiymətləndirdiyini bildirib.
Öz fikirlərini bölüşən altı mənbə İsrail ordusunun xüsusilə müharibənin ilkin mərhələlərində proqrama “tam əməl etdiyini” bildirib, bu səbəbdən Lavandanın təyin etdiyi adların kişi olduqları müddətcə nəzarətsiz və heç bir xüsusi kriteriya nəzərə alınmadan heyət tərəfindən hədəf olaraq görüldüyünü ifadə edib.
Şayəstə Hüseynova