İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı son 48 saatda 6 nəfər artaraq 70 min 354 nəfərə çatıb.
Elchi.az xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi, İsrailin hücumlarından sonra dağıntılar altından çıxarılan cəsədlərlə bağlı son məlumatları və itkiləri açıqlayan yazılı açıqlama yayıb.
Bildirilib ki, son 48 saat ərzində dağıntılar altından 5-i çıxarılan 6 fələstinlinin cəsədi, 15 yaralı isə xəstəxanalara çatdırılıb.
Atəşkəs qüvvəyə mindiyi vaxtdan 367 nəfər həlak olub, 953 nəfər yaralanıb, dağıntılar altından 624 cəsəd çıxarılıb.
Səhiyyə Nazirliyinin açıqlamasında həmçinin qeyd olunub ki, Ədliyyə Tibb İnstitutu tərəfindən 28 noyabr-5 dekabr tarixləri arasında itkin düşmüş şəxslərin sənədləri və hesabatlarının qiymətləndirilməsi əsasında tamamlanan və təsdiqlənən məlumatlardan sonra ümumi ölüm sayına daha 223 nəfər əlavə edilib.
İsrailin Qəzza zolağına 2023-cü ilin oktyabrında başlayan hücumları nəticəsində ölənlərin sayı 70 min 354, yaralıların sayı isə 171 min 30-a çatıb.
Yeganə





















